Icma.az
close
up
RU
Çin ordusunun 99 illiyi Bakıda strateji əməkdaşlıq mesajları ilə qeyd edildi

Çin ordusunun 99 illiyi Bakıda strateji əməkdaşlıq mesajları ilə qeyd edildi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Çin Xalq Azadlıq Ordusunun 99-cu ildönümü münasibətilə təntənəli tədbir keçirildi. Azərbaycan ilə Çin arasında son illərdə sürətlə yüksələn hərtərəfli strateji tərəfdaşlıq fonunda baş tutan bu mərasim iki dövlət arasındakı hərbi-siyasi etimadın və regional sabitliyə yönəlmiş birgə addımların növbəti nümayişinə çevrildi. Mərasim hər iki ölkənin Dövlət himnlərinin sədaları altında açıq elan edildi.

Tədbirdə geniş məruzə ilə çıxış edən Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey rəhbərlik etdiyi ölkənin hərbi doktrinasına və Bakı-Pekin xəttindəki strateji prioritetlərə toxundu. Səfir diqqətə çatdırıb ki, 1927-ci ildə qurulduğu gündən bəri Çin Xalq Azadlıq Ordusu təkcə öz ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumadı, həm də BMT-nin sülhməramlı missiyalarında fəal iştirak edərək qlobal təhlükəsizliyin təminatçısı rolunda çıxış etdi. İkitərəfli münasibətlərin hazırkı yüksək dinamikasını xüsusi vurğulayan Lu Mey hərbi əməkdaşlığın bu strateji tərəfdaşlığın mühüm tərkib hissələrindən biri olduğunu vurğuladı. O, Çin ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri daha da dərinləşdirmək niyyətini ifadə edərək, “Bir kəmər, bir yol” təşəbbüsü və yeni texnologiyalar çərçivəsində birgə fəaliyyətin regionda dayanıqlı sülhə xidmət edəcəyini bildirdi.

Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun isə öz çıxışında ordunun müasir inkişaf mərhələsinə və beynəlxalq humanitar missiyalardakı roluna diqqət çəkdi. Azərbaycan ilə Çin arasındakı hərbi əlaqələrin yüksəksəviyyəli qarşılıqlı səfərlər, peşəkar dialoq və kadr hazırlığı vasitəsilə ardıcıl şəkildə genişləndiyini deyən attaşe, bu mübadilənin gələcək üçün etibarlı zəmin yaratdığını qeyd etdi. Xüsusilə Azərbaycanın Avropa ilə Asiyanın qovşağındakı coğrafi və siyasi mövqeyini yüksək qiymətləndirən polkovnik rəsmi Bakının regional inkişaf və sabitliyə verdiyi dəyərli töhfələri önə çəkdi, Pekinin bu yolda Azərbaycanla çiyin-çiyinə işləməyi səbirsizliklə gözlədiklərini vurğuladı. 

Geniş ictimaiyyət və hərbi elitadan olan qonaqların iştirak etdiyi bu gecə iki strateji tərəfdaşın gələcək hədəflərinin və qlobal təhlükəsizlik çağırışlarına qarşı ortaq iradəsinin bariz nümunəsi kimi yadda qaldı.

Səbuhi MƏMMƏDOV,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri