Icma.az
close
up
RU
Çin plazma ehtiyacını ödəmək üçün ABŞ dan asılı vəziyyətdədir

Çin plazma ehtiyacını ödəmək üçün ABŞ dan asılı vəziyyətdədir

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Dünyada plazma ehtiyacının böyük hissəsini ABŞ qarşılayır. Heç bir ölkə isə plazmadan istifadə baxımından Çin qədər xaricdən asılı deyil.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ge Lan anasının damarına damcı-damcı axan solğun sarı rəngli mayeyə baxarkən, hər damlanın nə qədər baha başa gəldiyini düşünürdü.

Anası mədə xərçəngindən keçirdiyi əməliyyatdan sonra sağalma mərhələsində idi. Qandakı zülal səviyyəsini bərpa etmək üçün ona hər gün insan albumini infuziyası vurulurdu. 10 qramlıq bir flakonunun qiyməti təxminən 46 dollar olan bu idxal qan məhsulu anasının müalicəsində istifadə edilən ən bahalı preparat idi.

44 yaşlı Ge Lan CNN-ə deyib: “Ümid edirəm ki, o, mümkün qədər tez sağalacaq. Pul məsələsi ilə bağlı da narahatam, amma başqa seçimim yoxdur.”

Anası iki ay ərzində 72 flakon albumin istifadə edib. Bu isə Çinin mərkəzində yerləşən Henan əyalətində mağazada çalışan Ge Lanın təxminən yeddi aylıq gəlirinə bərabər olub.

Onun sözlərinə görə, bacısının maddi dəstəyi olmasaydı, bu müalicənin xərclərini qarşılamaq mümkün olmazdı. Yardım göstərilmədiyi təqdirdə isə anasının səhhətinin daha da pisləşə biləcəyindən narahat idi.

Çin dünyada plazmanın tərkibində ən çox rast gəlinən zülal olan insan albumininin ən böyük istehlakçısıdır. Albumin ağır yanıqlar və digər kritik travmaların müalicəsində, həmçinin qaraciyər xəstəlikləri kimi xroniki problemlər nəticəsində qanda zülal səviyyəsinin aşağı düşdüyü hallarda geniş istifadə olunur.

Lakin Çin uzun illərdir daxili bazarda plazma çatışmazlığı ilə üzləşir. Bunun əsas səbəblərindən biri 1990-cı illərdə ölkədə baş vermiş və HIV infeksiyalarının yayılması ilə nəticələnmiş qan-plazma qalmaqalından sonra tətbiq edilən sərt qaydalardır.

Nəticədə Çin insan albumininə olan tələbatının əhəmiyyətli hissəsini xaricdən təmin etməli olur. Ölkə bu sahədə ən böyük geosiyasi rəqibi olan ABŞ-dan gələn plazmadan ciddi şəkildə asılı vəziyyətdədir.

ABŞ hazırda dünyadakı plazma tələbatının təxminən 70 faizini təmin edir. Ölkə eyni zamanda plazma donorlarına maddi ödəniş edən azsaylı dövlətlərdən biridir.

Hər il milyonlarla amerikalı gündəlik xərclərini qarşılamaq üçün plazma bağışlayır. Onlardan biri də 25 yaşlı Sky Tuckerdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri