Icma.az
close
up
RU
Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək

Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 aprel, Pərvanə Qafarova, AZƏRTAC

Biz Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ilə çox sıx əməkdaşlıq edirik. Belə ki, “Azərkosmos” və “Star.Vision” şirkəti iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin öyrənilməsinə yönəlmiş birgə tədqiqat layihəsinin həyata keçirilməsinə başlayıblar. Monitorinq zamanı şirkətimiz Azərbaycanda iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zolağının dayazlaşmasına təsirini aşkar edir. Bu, nisbətən uzunmüddətli - 1994-cü ildən 2024-cü ilə qədərki müqayisədir.

Bu barədə Çinin “Star.Vision Aerospace Group Limited” şirkətinin nümayəndəsi Brüs Vey Bakıda keçirilən “STC2025” kosmik texnologiya konfransı çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı deyib.

“Beləliklə, biz 30 il ərzində Xəzərin sahil zolağında baş verən dəyişikliklərin monitorinqini apardıq və nümayiş etdirdik ki, məsafədən zondlama ətraf mühitə dair müşahidələrimizi həqiqətən də təkmilləşdirə bilər. Bu layihə Azərbaycan və Çin arasında innovativ texnologiyalardan istifadə etməklə ətraf mühitin mühafizəsi sahəsində, o cümlədən kosmik texnologiya, süni intellekt və Yerin uzaqdan monitorinqi sahələrində davamlı əməkdaşlığın gücləndirilməsi üçün stimul rolunu oynayır”, - deyə agentliyin nümayəndəsi qeyd edib.

“Star.Vision”da biznesin inkişafı ilə məşğul olduğunu vurğulayan Brüs Vey deyib: “Şirkətimizin şüarı “Kosmik texnologiyalar hamı üçün”dür. Biz Yer kürəsində hər kəsə xidmət edə biləcək ümumi bir bürc qurmaq istəyirik. Biz peyk görüntüləri və əlavə xidmətlər təklif edirik”.

O, “Azərkosmos”la münasibətlərin dinamik inkişafına və əməkdaşlığın genişləndirilməsinə diqqət çəkərək əlavə edib: “Dünən STC2025 konfransında “Azərkosmos”un nümayəndələri ilə çox səmərəli görüş keçirdik. Biz “Azərkosmos”un peyk seriyamızı, eləcə də peyk şəkillərini necə öyrənəcəyi ilə bağlı razılığa gəldik”.

Çin şirkətinin nümayəndəsi Azərbaycan ilə Çin arasında dostluq və xoş münasibətlərin olduğunu qeyd edərək deyib: “Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri edib. Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığa dair çoxlu sənədlər imzalanıb. Azərbaycan və Çin vətəndaşları üçün vizasız rejim yaradılır ki, bu da, biznes və ölkələrimiz arasında turizm mübadiləsinin inkişafına çox müsbət təsir göstərəcək. Çin və Azərbaycan arasında əməkdaşlığı gücləndirən bir çox siyasi məqamlar vardır. Mən bu proseslərin şahidi olmaqdan çox şadam”, - deyə Çin şirkətinin nümayəndəsi bildirib.

Bakıya ilk dəfə gəldiyini deyən Brüs Vey paytaxt barədə fikirlərini də əlavə edib: “Bura çox xoşuma gəlir - insanların qonaqpərvərliyi, mənzərələr və kosmik texnologiya üzrə bu konfrans da gözəl hadisədir. Buna görə də Çin və Azərbaycan arasında uğurlu münasibətlərin gələcəyinə inanıram. Bizim əməkdaşlıq edə biləcəyimiz bir çox sənaye sahələri var. Əslində “Star.Vision” və “Azərkosmos” bu iki ölkənin sıx əməkdaşlıq etdiyini əyani nümayiş etdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri