Somalinin ətraf mühit və iqlim naziri: Somalinin NDC 3.0 adlı iqlim strategiyasını Bonnda təqdim edirik
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bonn, 26 iyun, AZƏRTAC
Hazırda Almaniyanın Bonn şəhərində mühüm müzakirə üçün buradayıq – bu, iqlim böhranı və onunla necə mübarizə aparacağımız, uyğunlaşma yolları barədədir. Somali iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biridir və Somali hökuməti bu təsirlərə məruz qalan icmaların dayanıqlılığını və uyğunlaşma qabiliyyətini artırmaq üçün ciddi işlər aparır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Somali Federal Respublikasının ətraf mühit və iqlim naziri Əhməd Məhəmməd deyib.
“Bizim üçün hökumət olaraq, iqlim dəyişmələri və iqlim miqrasiyası ilə bağlı proseslərə rəhbərlik etmək çox vacibdir. Somalinin "Milli Töhfələrə Dəyişikliklər 3.0" (NDC 3.0) adlı iqlim strategiyasını Bonnda təqdim edirik. Bu sənəd, Somali Federativ Hökumətinin rəhbərliyi ilə hazırlanmış mühüm nailiyyətdir və əlaqədar nazirliklərin, tərəfdaş qurumların iştirakı ilə ölkənin iqlim ehtiyaclarını və beynəlxalq ictimaiyyətin bu sahədə necə dəstək verə biləcəyini ortaya qoyur.
Hökumətimizi təmsil edən nümayəndə heyətimiz, müxtəlif nazirliklərin iqlim üzrə təmsilçiləri buradadır. Baş nazirin ofisi bu prosesdə mühüm rol oynayıb və hazırda biz bu planın həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparırıq”, - deyə somalili nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















