Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Çin startpları Trampı hərəkətə keçməyə sövq edir

Çin startpları Trampı hərəkətə keçməyə sövq edir

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.azxəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, Tramp Mayamidəki Doral kurortunda Respublikaçılar partiyasının Konqresin Nümayəndələr Palatasındakı təmsilçiləri qarşısında çıxışı zamanı beləı deyib.
“Yaxın gələcəkdə biz bu vacib malların istehsalını ABŞ-yə qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çipləri, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik. Eyni zamanda, polad, alüminium və misə də rüsumlar tətbiq olunacaq”, - Donald Tramp bildirib.
“Bloomberg” vurğulayır ki, Çinin “DeepSeek” startapının yeni süni intellekt (Sİ) modelinin işə salınması fonunda çip istehsalçısı olan “Nvidia” şirkətinin bazar kapitallaşması 600 milyard dollardan çox azaldıqdan bir neçə saat sonra Tramp yarımkeçiricilərə tariflər tətbiq etməklə hədələyib.
ABŞ prezidenti respublikaçılara “DeepSeek” haqqında eşitdiyini və Çin şirkətinin irəliləyişini “yaxşı” hesab etdiyini deyib, çünki buna amerikalılar qədər pul xərcləmək lazım gəlməyib. Belə ki, “DeepSeek”-in yaradılması altı milyon dollara başa gəldiyi halda, Amerika şirkətləri süni intellekt modellərinə milyardlarla dollar sərmayə qoyublar.
Trampın fikrincə, “DeepSeek” süni intellektinin yaradılması “qələbə naminə” Amerika şirkətlərinə rəqabətə diqqət yetirmək zərurətini sərgiləyən “oyanış zəngi” olmalıdır.
- Çünki bizdə dünyanın ən böyük alimləri var, hətta Çin rəhbərliyi də mənə bunu deyib. Dedilər ki, sizdə dünyanın ən parlaq alimləri var. Tariflər isə ABŞ-də qabaqcıl çiplərin istehsalını qoruyub-saxlamağa və genişləndirməyə kömək edəcək. Tariflərdən yayınmaq istəyən şirkətlər istehsalı ABŞ-yə köçürməlidir”, - Tramp xəbərdarlıq edib.
Süni İntellektdə fen-şuy Qeyd edək ki, Çinin “DeepSeek” startapı süni intellektə malik, xeyli ucuz qiymətə başa gələn və Amerikanın aparıcı proqramları ilə rəqabət apara bilən, müəyyən mənada hətta onları üstələyən yeni bot təqdim edib.
“DeepSeek”-in süni intellekt köməkçisi rəqibi “ChatGPT”-ni keçərək ABŞ-də “Apple” şirkətinin “App Store” platformasında ən çox yüklənən bir nömrəli pulsuz proqram olub. Bu, bəzi ABŞ texnoloji şirkətlərinin süni intellektə milyardlarla dollar sərmayə yatırmaq qərarlarını şübhə altına alıb və “Nvidia” da daxil olmaqla bəzi əsas texnoloji oyunçuların səhmlərini ucuzlaşdırıb.

Çin startapının məlumatına əsasən, həm Silikon Vadisinin rəhbərləri, həm də Amerika texnologiya şirkətlərinin mühəndisləri tərəfindən yüksək qiymət alan “DeepSeek-V3” və “DeepSeek-R1” botları “OpenAI”-nin və “Meta”-nın ən qabaqcıl modellərindən geri qalmır. Bu modellərdən istifadə həm də daha sərfəlidir.
“DeepSeek”-in “WeChat” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilən məlumata görə, keçən həftə təqdim edilən “DeepSeek-R1” modeli tapşırıqdan asılı olaraq “OpenAI”-nin “o1” modelindən 20-50 dəfə az xərc tələb edir.

Çin korporativ sənədlərinə əsasən, “DeepSeek” Hançjouda yerləşən startapdır. Onun səhmlərinin nəzarət paketi “High-Flyer” hedcinq fondunun həmtəsisçilərindən biri olan Lyan Venfenə məxsusdur. “DeepSeek”-in uğuru artıq Çinin ən yüksək siyasi dairələrində də qeydə alınıb.
“Sinxua” dövlət xəbər agentliyi bildirir ki, “DeepSeek-R1”-in ictimaiyyətə təqdim olunduğu gün (20 yanvar) şirkətin təsisçisi Lyan Venfen Çinin Baş naziri Li Tsyanın sədrliyi ilə keçirilən sahibkarlar və ekspertlər üçün qapalı simpoziumda iştirak edib. Lyan Vanfenin tədbirdə iştirakı “DeepSeek”-in uğurlarının Çinin Vaşinqtonun ixrac məhdudiyyətlərini aradan qaldırmaq və strateji sənayelərdə, o cümlədən süni intellekt sahəsində müstəqilliyə nail olmaq səylərində mühüm rol oynadığının göstəricisi kimi qiymətləndirilə bilər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri