Mühüm strateji tərəfdaşlıq
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Dostluq ənənələri və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq.
Dünya diplomatiyasında bəzi münasibətlər uzun illər ərzində qorunub saxlanılan dostluq və qarşılıqlı etimad üzərində qurulur. Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr də məhz belə münasibətlərdəndir. Onilliklər əvvəl yaranmış dostluq ənənələri bu gün iki ölkə arasında siyasi dialoqun inkişafına, strateji əməkdaşlığın genişlənməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Diqqətə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçısı Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verərək Azərbaycan-Vyetnam əlaqələrinin tarixi, siyasi dialoqun inkişafı və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Cənab Prezident müsahibəsində iki ölkə arasında təxminən 70 illik dostluq tarixinin olduğunu vurğulayaraq, bu münasibətlərin təməlində qarşılıqlı hörmət və etimadın dayandığını qeyd edib. Eyni zamanda, enerji, iqtisadiyyat, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlara diqqət çəkib. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq ənənələrinin müasir dövrdə yeni məzmun qazandığını və strateji tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını bir daha nümayiş etdirir.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri
04 İyul 2025 19:55
Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri ŞƏRH
04 İyul 2025 10:26
Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri Şərh
18 Aprel 2025 18:35
Strateji tərəfdaşlıq region üçün mühüm önəm kəsb edir
07 Oktyabr 2025 14:44
Mühüm strateji tərəfdaş
21 Yanvar 2025 11:48
Baxış sayı:113
Bu xəbər 24 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















