“Qadın liderliyi geniş miqyas alır” Ramin Məmmədov
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Azərbaycan qadınının cəmiyyətin həyatında fəal iştirakı ölkənin ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malikdir.
AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik ideyalarının yayılması, qadınların təhsilinin təşviqi, mətbuat və teatrın təşəkkülü ilə bağlı təşəbbüslər milli düşüncənin yenilənməsinə xidmət edib.
R.Məmmədov qeyd edib ki, 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir.
Komitə sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qadınların cəmiyyət həyatındakı yeri insan hüquqları, sosial ədalət və milli tərəqqi prinsipləri əsasında müəyyənləşdirilib. Onun sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilir.
R.Məmmədov əlavə edib ki, qadınların təhsil imkanlarının artırılması və cəmiyyətdəki sosial mövqelərinin möhkəmləndirilməsi ölkənin uzunmüddətli və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin Azərbaycan qadınının tarixən dini-mənəvi irsin qorunması və yaşadılmasında da fəal rol oynadığını bildirib. Gövhər ağanın Şuşada öz vəsaiti hesabına məscidlərin tikintisini maliyyələşdirməsini bu ənənənin nümunəsi kimi göstərib.
Komitə sədri qeyd edib ki, bu gün həmin xeyriyyəçilik və himayədarlıq ənənəsi Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir. Fondun təhsil, səhiyyə, mədəniyyət, humanitar əməkdaşlıq, milli-mədəni və dini irsin qorunması sahələrində həyata keçirdiyi layihələr qadın liderliyinin geniş imkanlarını nümayiş etdirir.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















