Icma.az
close
up
RU
Çin su altında süni intellekt mərkəzi qurur

Çin su altında süni intellekt mərkəzi qurur

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Çin texnologiya sənayesində yeni və mühüm mərhələni gerçəkləşdirmək üzrədir. Şanxay sahillərindən, təxminən, 10 kilometr məsafədə, dənizin dərinliklərində dünyanın ilk sualtı süni intellekt (AI) məlumat mərkəzinin inşasına start verilib. Bu innovativ layihə yüksək texnoloji inkişafı ekoloji dayanıqlılıq prinsipləri ilə birləşdirməyi qarşısına məqsəd qoyur. “Live Science” portalının məlumatına əsasən, mərkəzin enerji təminatının böyük hissəsi yaxınlıqdakı külək elektrik stansiyasından gələcək. Bu isə layihənin “yaşıl texnologiyalar” konsepsiyasına inteqrasiyasının açıq göstəricisi sayılır.

Layihəni həyata keçirən “Hailanyun” şirkəti bildirir ki, sualtı yerləşdirmənin ən əsas üstünlüyü soyutma texnologiyasında enerji qənaətidir. Ənənəvi quruda yerləşən məlumat mərkəzləri avadanlığın soyudulması üçün çox böyük həcmdə elektrik enerjisi sərf edir. Sualtı mərkəz isə təbii dəniz suyundan istifadə etməklə enerji istehlakını ən azı 30 faiz azaltmağı hədəfləyir.

İlkin mərhələdə mərkəzdə 198 server şkafı (təxminən 792 AI serveri) quraşdırılacaq. Hesablamalara görə, bu güc GPT-3.5 kimi böyük dil modellərinin təlimi səviyyəsində gündəlik emal işlərini həyata keçirməyə imkan verəcək. Rəsmi plana əsasən, mərkəz artıq sentyabr ayında istismara veriləcək.

Bununla belə, hər bir yeni texnologiyada olduğu kimi, sualtı məlumat mərkəzləri də bəzi risklər doğurur. Ekoloqlar xəbərdarlıq edirlər ki, dəniz suyunun istiləşməsi, elektromaqnit təsirlər və davamlı texnoloji səs-küy dəniz ekosistemlərinə mənfi təsir göstərə bilər. “Hailanyun” şirkəti isə layihədə ekoloji risklərin ciddi şəkildə qiymətləndirildiyini və ətraf mühitə təsirlərin minimuma endirildiyini iddia edir.

Eyni zamanda, təhlükəsizlik məsələsi diqqət mərkəzindədir. Dənizin dibində yerləşən obyektlər xarici müdaxilələrə və mümkün kiberhücumlara qarşı müəyyən həssaslığa malik ola bilər. Şirkət bildirir ki, bunun qarşısını almaq üçün fiziki və kibernetik müdafiə protokolları tətbiq olunur.

Ekspertlərin fikrincə, bu layihə yalnız texnoloji innovasiya deyil, həm də Çinin qlobal texnologiya liderliyi ambisiyalarının bariz göstəricisidir. Son illər Çin süni intellekt, kvant hesablama, 5G və yaşıl enerji texnologiyaları sahələrində milyardlarla dollar sərmayə yatıraraq Qərb dövlətlərinə alternativ mərkəzə çevrilməkdədir. Sualtı məlumat mərkəzi kimi layihələr Pekinin həm strateji müstəqilliyini, həm də qlobal bazarlarda nüfuzunu gücləndirməyi hədəfləyir.

Bu addım Çinin yalnız daxili tələbatı qarşılamaqla kifayətlənməyib, həm də süni intellekt infrastrukturunun ixrac potensialı yaratmaq istədiyini göstərir. Çünki yaxın gələcəkdə enerji qənaətli və ekoloji uyğun məlumat mərkəzlərinə tələbat sürətlə artacaq.

Analitiklərin proqnozlarına görə, belə təşəbbüslər Çini 2030-cu illərə qədər dünyanın aparıcı süni intellekt güclərindən birinə çevirə bilər. Bu isə ABŞ və Avropa ilə rəqabətdə yeni mərhələnin başlanması deməkdir.

Beləliklə, Çin dənizin dibində inşa etdiyi məlumat mərkəzi ilə yalnız texnologiya sahəsində deyil, həm də qlobal siyasi-iqtisadi güc balansında yeni mövqe qazanmağa çalışır. Bu isə gələcək onillikdə beynəlxalq rəqabətin əsas istiqamətlərindən birinə çevrilə bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri