Icma.az
close
up
RU
“Çin Tacikistan sərhədini təhlükəsizlik səbəbilə gücləndirir”

“Çin Tacikistan sərhədini təhlükəsizlik səbəbilə gücləndirir”

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə olan təhlükədir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi ilə əməkdaşlıq etsə də, taliblər ölkədəki müxtəlif silahlı qruplara nəzarət etmirlər. Həmin qruplar, Əfqanıstana qonşu olan ölkələrə təhlükə yaradılar. Bu səbəbdən Çin 2017-2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə qurğusu tikib. Ümumlikdə Çinin Tacikistanda maliyyələşdirdiyi 15 hərbi və təhlükəsizlik qurğusunun inşa edildiyi sənədləşdirib. Çinə məxsus “Huawei” avadanlıqları Tacikistanın simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir və paytaxtın “Təhlükəsiz Şəhər” kamera şəbəkəsi 21 milyon dollarlıq Çin krediti ilə qurulub.

Tacikistan parlamenti bu ilin martın 4-də ölkənin Əfqanıstanla sərhəd boyunca əlavə olaraq doqquz sərhəd qurğusunun tikintisi üçün Çin tərəfindən maliyyələşdirilən layihəni təsdiqləyib. Layihənin ümumi dəyəri Pekin tərəfindən geri qaytarılmayan qrant kimi təxminən 61 milyon dollar civarında qiymətləndirilir. Bunun müqabilində Düşənbə layihəni vergilərdən, gömrük rüsumlarından və digər məcburi ödənişlərdən azad edəcək. Tikinti işləri müşahidə məntəqələri və qərargahlar da daxil olmaqla 17.109 kvadrat metrlik obyekti üç mərhələdə əhatə edəcək. Çin şirkətləri bu məqsədlə avadanlıq, giriş yolları, su təchizatı və elektrik bağlantısı təmin edəcəklər.

Tacikistanın Çinlə birgə Əfqanıstanla sərhədi daha çox nəzarət altına alması bölgədə artan gənginliklə əlaqəlidir. 2025-ci ilin noyabr ayının sonlarında partlayıcı qurğu daşıyan pilotsuz təyyarə Xatlon vilayətində Çinin qızıl mədən şirkətinə məxsus əraziyə zərbə endirdi və nəticədə üç çinli işçi həlak oldu. Tacikistan hakimiyyəti hər iki hücumun Əfqanıstanın Bədəxşan əyalətindəki kəndlərdən qaynaqlandığını bildirdi. Məhz bu hadisədən 3 ay sonra Tacikistan Çinlə birgə Əfqanıstanla sərhəd məntəqələrinin sayının artırılması qərarına gəldilər.

Əfqanıstan ərazisindən edilən hücumdan sonra Tacikistanla Çini birləşdirəcək beynəlxalq avtomobil yolunun tikintisi dayandırılıb və Çinin Düşənbədəki səfirliyi sərhəd yaxınlığındakı işçilərə təxliyə əmri verib və Tacikistan hakimiyyətindən onların qorunmasını təmin etmək üçün “lazımi tədbirləri” görməsini tələb edib. Hücumları heç bir qrup öz üzərinə götürməyib, ancaq hərbi ekspertlər terrorun arxasında Xorasan əyaləti İslam Dövlətinin (İŞİD) olduğunu bildiriblər“.

O qeyd edib ki, Əfqanıstan ərazisindən edilən terror hücumları Pekinin ideya müəllifi olduğu və Mərkəzi Asiyadan keçən “Bir Kəmər, Bir Yol” latyihəsinə və yatırımlarına təhdiddir:

“Çin Tacikistanın ən böyük yatırımçı ölkəsidir. Tacikistanın Çinə borcu 800 milyon dolları aşıb. Bu Tackistanın Çindən asılılığını artırıb. Buna baxmayaraq, Pekin Tacikistana pul xərcləməkdən imtina etmir. Tacikistanın Əfqanıstanla 1344 kilometrlik sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu vacib təhlükəsizlik buferinə çevirib. Çin lideri Si Cinpin 2014-cü ildə xəbərdarlıq etmişdi ki, münaqişə zonalarından qayıdan uyğur döyüşçülər Əfqanıstanı birbaşa Sincanla birləşdirən dar Vaxan dəhlizi vasitəsilə Çinə hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edə bilərlər. Çinin Takicistan-Əfqannıstan sərhədini daha da möhkəmləndirməsi səbəblərindən biri də budur.

Çin Tacikistanla təhlükəsilik sahəsində əməkdaşlığı genişləndirərkən, Rusiya ilə rəqabət aparmaq istəmir. Tacikistan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın bu ölkədə hərbi bazası var. Tacikistan silah və hərbi texnikaya olan tələbatının təxminən 90 faizini Rusiyadan alıb. Çinin Tacikistanın sərhəd təhlükəsizliyini gücləndirməsi Rusiyanın da maraqlarına uyğundur. Çünki, Çin kimi Rusiya da Əfqanıstandakı müxtəlis silahlı qrupların bölgəyə yayılmasını istəmir”.

Günay 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Mart 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri