Icma.az
close
up
RU
Çin Tayvanı silahla təchiz edən ABŞın 13 istehsalçı şirkətə sanksiya tətbiq edib

Çin Tayvanı silahla təchiz edən ABŞın 13 istehsalçı şirkətə sanksiya tətbiq edib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Çin Tayvana silah tədarükünə görə ABŞ-ın hərbi sənaye kompleksini təmsil edən 13 şirkətə, eləcə də bu müəssisələrin 6 menecerinə qarşı sanksiya tətbiq edib.

Bizimyol.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlər 5 dekabr 2024-cü il tarixindən qüvvəyə minir.

Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulur və onlarla iş aparılması qadağandır. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlərə məruz qalan liderlərin Çinə girişi də qadağan edilib.

“Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan edib ki, bu da bir Çin prinsipini və üç Çin-Amerika kommünikesini ciddi şəkildə pozur”, - deyə Xarici İşlər Nazirliyi bildirib. Nazirlik qeyd edib ki, ABŞ öz hərəkətləri ilə Çinin daxili işlərinə ciddi müdaxilə edir və ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir.

Qara siyahıya "Teledyne Brown Engineering", "BRINC Drones", "Rapid Flight", "Red Six Solutions", "Shield AI", "SYNEXXUS", "Firestorm Labs", "Kratos Pilotsuz Hava Sistem", "HavocAI, Neros Technologies", "Cyberlux Corporation", "Domo Tactical Communications" və "Grup W" daxildir.

Sanksiya siyahısında həmçinin "Raytheon"un törəmə şirkətlərindən birinin rəhbərliyinin nümayəndələri Barbara Borqonovi və Cerard Huber, "BAE Systems Land and Armament" şirkətinin rəhbəri Çarlz Vudbern, "United Technologies"in bölmələrindən birinin rəhbərliyinin nümayəndəsi Riçard Krouford, "Data Link Solutions" şirkətinin baş direktoru Beth Edler və "BRINC Drones" şirkətinin rəhbəri Blake Resnickin daları daxil edilib.

Oktyabr ayında Dövlət Departamenti "NASAMS" hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana təxminən 2 milyard dollara satışını təsdiqləyib.

Çin prezidenti Si Cinpinq noyabrın 17-də Peruda ABŞ prezidenti Co Baydenlə görüşündə deyib ki, ABŞ Tayvan boğazında sülhü qorumaq istəyirsə, bu məsələyə ehtiyatlı yanaşmalı, Taypeyin müstəqilliyinə açıq şəkildə qarşı çıxmalı, həmçinin sülh yolu ilə yenidən birləşməsi üçün Çin hökumətini dəstəkləməlidir.

Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur.

Vaşinqton 1979-cu ildə Taypey ilə diplomatik əlaqələri kəsib və ÇXR ilə əlaqələr qurub. “Vahid Çin” siyasətini tanıyan Birləşmiş Ştatlar Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah tədarük edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri