Icma.az
close
up
RU
Çin və ABŞ razılaşa bilmir: Onlar həmişə rəqib olaraq qalacaqlar

Çin və ABŞ razılaşa bilmir: Onlar həmişə rəqib olaraq qalacaqlar

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 5-də ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında telefon danışığı olub. Liderlər tarif sazişini və digər ticarət məsələlərini müzakirə ediblər. Telefon danışığından sonra Tramp bildirib ki, ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə etmək üçün görüş keçirəcəklər.


Bəs bu təmaslar iki böyük ölkə arasında yaranan iqtisadi və siyasi problemləri həll edəcəkmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ və Çin həmişə rəqib olublar:

"Məlum olduğu kimi, tərəflər arasında rəqabət uzun illərdir davam edir. ABŞ-də Donald Tramp hakimiyyətinin ikinci dövrü başlayandan sonra isə qarşı tərəflə gərginlik yeni mərhələyə qədəm qoyub. 

Ağ Evin üç əsas rəqibi var: Çin, Rusiya və İran. Adı çəkilən üç dövlət ABŞ-nin dünya ağasına çevrilməsinə mane olur. İndi Tramp məsələyə praqmatik yanaşır. Belə ki, o, başa düşür ki, Çini zəiflətməklə avtomatik olaraq Rusiya və İranı da idarəolunan duruma sala biləcək. Beləliklə, şərq bloku sıradan çıxa bilər".

K.Novruzovun sözlərinə görə, Vaşinqton son zamanlar Moskva ilə münasibətləri kəskinləşdirməməyə çalışır:

"Həmçinin, Tehranla münasibətlər də məhdud səviyyəyə qədər gərgindir. Ola bilsin, Tramp bunu Pekinin təklənməsi üçün edir. 

ABŞ-nin Çinlə hərbi toqquşmaya girməsi ağlabatan deyil. Doğrudur, Tayvan “kartından” istifadə edilməyə davam olunacaq. Amma bu, heç bir halda hərbi toqquşmaya çevrilməyəcək. Belə bir ssenari nə Vaşinqtona, nə Pekinə, nə də planetə sərf edir".

Siyasi şərhçi qeyd edib ki, ABŞ Çini iqtisadi yolla zəiflətmək siyasətini davam etdirəcək:

"Bu, əlbəttə, həm də əks reaksiya ilə qarşılanacaq. ABŞ və Çin dünya bazarında bir- birilərini zəiflətməyə davam edəcəklər. Bu, özünü həm də ucuz qiymətə yeni məhsalların dünya bazarına daxil olmasında göstərəcək. Tərəflər bir-birilərinin bazarını “öldürməklə” əslində iqtisadi dinamikanı sürətləndirmiş ola bilərlər. 

Buna baxmayaraq, tərəflər arasında davam edən iqtisadi müharibə kifayət qədər təhlükəlidir. Ona görə də hər iki tərəf bu məsələyə həssaslıqla yanaşır. Təsadüfi deyil ki, liderlərin telefon danışığında ticarət razılaşması əsas yer tutub. 


Düşünürəm ki, Pekin və Vaşinqton ticarət razılaşmasına və gərginliyin azalmasına nail olacaqlar".

Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri