Çin və Rusiya molla rejiminə yardım etsələr, bu, həmin hakimiyyətin ömrünü uzada bilər Politoloq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İranda baş verən bu hadisələr 2019-cu ilə qədər baş vermiş ən böyük iğtişaşlardan və üsyanlardan biridir. Beynəlxalq təşkilatların verdiyi məlumata görə, indiki halda İranda bəzi mənbələrin məlumatına əsasən 530-dan çox insan qətlə yetirilib, bəzi mənbələrdə isə 2000-dən çox insanın qətlə yetirildiyi bildirilir".
Bu barədə Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə bildirdi. Onun sözlərinə görə, ABŞ konkret olaraq hərbi hava qüvvələri vasitəsilə İrana hərbi müdaxilə etmək istəyir:
"Dünəndən bəri isə İran hakimiyyəti bundan qorxuya düşərək ABŞ hakimiyyətindən danışıqlar və görüş tələb edir. Ancaq Trampın verdiyi bəyanatdan məlum olur ki, ABŞ bu əməliyyat öncəsi, yəni hərbi müdaxilə öncəsi İran hakimiyyəti ilə heç bir danışığa getməyəcək. Masada bir neçə layihə var. Bu layihələrdən biri də İsrailin layihəsidir ki, köhnə şahın varisi olan Rza Pəhləvinin yenidən İrana gətirilməsini nəzərdə tutur. Bu isə indiki halda real görünmür. Digər tərəfdən qeyd etmək lazımdır ki, İran ərazisində, belə demək mümkündürsə, kürdlərin kompakt yaşadığı ərazilərdən, həmçinin İraqdan və Suriyadan kürd yaraqlıları İran ərazisinə daxil olub və İran ərazisində kürdlərin kompakt yaşadığı bölgələrdə İran ordusu, SEPAH və kürd yaraqlıları arasında çox böyük toqquşmalar gedir və əsas qətliam hadisələri də məhz həmin ərazilərdə baş verir. Bununla əlaqədar Türkiyə tərəfi də kifayət qədər narahatlığını bildirir, hətta İraqdan İran ərazisinə keçən kürd yaraqlıları barədə İran hökumətinə məlumat verir və onlar İran hökuməti tərəfindən zərərsizləşdirilir".
Müsahibimizin fikrincə, İranda hakimiyyət dəyişikliyi labüddür, yəni rejimin gündəmdə qalması çox çətin məsələdir:
"Belə ki, xalq kütlələri İran rejimindən cana gəlib və bu hakimiyyətin getməsi labüddür. Bu prosesin necə baş verəcəyi ilə əlaqədar ABŞ siyasətçilərinin də fərqli fikirləri var. Belə ki, ABŞ siyasətçilərinin bir hissəsi İrana hərbi müdaxilənin labüdlüyü barədə bəyanatlar verir, digər tərəfdən isə bəzi siyasətçilər 1953-cü ildəki hadisələrin təkrar olunmasını istəmirlər. Belə ki, 1953-cü ildə Müsəddiq hakimiyyəti ABŞ tərəfindən devrildi və bunun nəticəsində 1979-cu ildə molla rejimi hakimiyyətə gəldi. Ona görə də bəzi senatorlar və konqresmenlər ABŞ hakimiyyətini hərbi müdaxilədən çəkindirməyə çalışırlar. Ancaq böyük ehtimalla İrana hərbi müdaxilə olacaq və bu labüddür. İran rejiminin çökməsi gündəmdədir. Ancaq bu rejimin çökməsi İranın parçalanması prosesinə gətirib çıxara bilər ki, bu da bəzi qonşu dövlətlərin maraqlarına uyğun deyil. Bununla əlaqədar Çin kifayət qədər aktivlik göstərir. Artıq Çin, Rusiya və İran dəniz qüvvələrinin manevrləri keçirilir və Çinin belə bir bəyanatı gündəmə gəlib ki, o, İran rejiminə maddi, hərbi və beynəlxalq dəstək verməyə hazırdır. Yəni görünən odur ki, Çin hakimiyyəti molla rejiminin qalmasını istəyir və bununla əlaqədar öz dəstəyini nümayiş etdirir.
Ancaq ehtimal edilir ki, Rusiya və Çinin bu dəstəyi ABŞ-nin İrana hərbi müdaxiləsi qarşısında zəif görünə bilər. Lakin qeyd etmək lazımdır ki, əgər doğrudan da Çin və Rusiya bu və ya digər formada İran hakimiyyətinə, yəni molla rejiminə hər hansı bir yardım etsələr, bu, həmin hakimiyyətin ömrünü uzada bilər. Verilən məlumata görə, iğtişaşçıları, yəni üsyançıları və narazı kütləni qətlə yetirən şəxslər və terrorçular İran hakimiyyəti tərəfindən Suriyadan və İraqdan gətirilir. Onlar sünni əsilli olduqlarına görə məscidləri də onlar yandırırlar. Ona görə də vəziyyət kifayət qədər mürəkkəbdir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Yanvar 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















