Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pekin, 24 aprel, AZƏRTAC
Azərbaycan ilə Çin arasında viza rejiminin qarşılıqlı olaraq ləğv edilməsi ikitərəfli münasibətlərin inkişafına yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Quo Ciakun Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanması ilə bağlı suala cavabında deyib.
“Çin və Azərbaycan bir-birinə səmimiyyət və etimadla yanaşan yaxşı dostlardır, bir-birini bərabər görən və qarşılıqlı fayda axtaran yaxşı tərəfdaşlardır”, - deyən Çin XİN rəsmisi əlavə edib ki, iki ölkənin liderinin strateji rəhbərliyi altında müxtəlif sahələrdə əməkdaşlıq daim dərinləşir.
“Prezident Əliyevin Çinə səfəri zamanı iki ölkənin hökumətləri rəsmi olaraq adi pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında saziş imzalayıblar. Bu, transsərhəd səfərləri daha da asanlaşdıracaq, iki xalq arasında əlaqələri möhkəmləndirəcək və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını dərinləşdirəcək”, - deyə Quo Ciakun bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















