Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Çinar əkək, palıd böyüdək

Çinar əkək, palıd böyüdək

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neçə müddətdir havalar çox isti keçir. Paytaxt sakinləri imkan tapan kimi şəhərdən rayonlara axışırlar. Əlbəttə, yaşıllığı, suyu bol olan bölgələr daha çox çəkir adamı.

Əslində, yay fəsli üçün indiki havaları tam normal saymaq olar. Çünki ömrü boyu yay fəslində 30-40 dərəcə isti görmüşük və bunu bu fəslin adi havası kimi qəbul eləmişik. Bəs niyə indiki istilərdə nəfəs ala bilmirik? Bax, elə həmin məsələdən danışmaq istəyirəm.

Səbəb birdir: Bakıda oksigen, yaşıllıq çatışmır. Bakı ağacsızlaşıb. Bakının yaşıl ciyərləri iflic halındadır. Məhz bu çatışmazlıqlara görə yayda Bakıda nəfəs almaq olmur.

Paytaxtda çoxmərtəbəli binalar tikilir. Yan-yana inşa olunmuş üç belə bina sakinlərinin sayına görə təxminən, bir kənd deməkdir. Həmin binalar elə bir sıxlıqla ucaldılır ki, bəzən sakinlərin həyətə düşüb gəzinməyə belə yeri, meydanı olmur. Halbuki, o "kəndin” özünün yaşıllığı, parkı, uşaq bağçası, məktəbi, nə bilim, klinikası, mağazaları olmalıdır. Təəssüf ki, göydələnlərlə əhatə olunmuş yeni Bakı fantastik filmlərdəki kosmik şəhərləri xatırladır. Uca-uca binaları yan-yana düzürük, lakin ətrafında ağac əkməyi, yaxud ağaclara yer saxlamağı unuduruq.

Kənd yerlərində insan niyə ciyərdolusu nəfəs ala bilir? Çünki orada asfalt azdır, torpağın üstü açıqdır. Torpaq çəmənlərlə, ağaclarla, çaylarla nəfəs alar. Nəfəs alan torpaq diridir, yaşayandır, yaşadandır. Bəs şəhərdə necədir? Asfalt, asfalt, asfalt! Torpağın ağzını beton, tamet qapaqla bağlamışıq.

Şəhərimizdə torpaq rahat nəfəs ala bilmır. Bu qədər ağacsızlıqda hələ nə yaxşı yaşaya bilirik. Bəxtimiz onda gətirib ki, Bakı bir yandan hava verən, oksigen körükləyən dənizin kənarındadır. 

Təzə ağac əkmədiyimiz bir yana, yeni obyektlər, binalar tikmək istəyəndə əvvəlcə onun ərazisini ağaclardan "təmizləyirik”. Çox görmüşük, çox eşitmişik ki, hansısa şirkət tikinti üçün hasara aldığı ərazidəki ağacları gecəylə məhv eləyib. Hələ bir vaxtlar Ulu Öndər Heydər Əliyev həmin fürsətcillərə xəbərdarlıq edərək belə bir aforizm işlətmişdi: "Bir ağacın budağını kəsən bilsin ki, sanki mənim qolumu kəsir”.

Nədənsə bəzi tikinti şirkəti sahiblərinin ağlına ağacları repressiyaya uğratmaqdan başqa fikir gəlmir. Ağac qırğınını sakinlərdən xəlvət tutmaq üçün tikinti obyektinin hasarlarını bacardıqca hündür quraşdıraraq gecənin birində ağacları qırırlar. Halbuki onları xilas etmək üçün ağacköçürən maşınlar var. Həmin maşınlar iri bıçaqlarını ağacın ətrafına dəyirmi formada batıraraq onu zədələmədən köklü-köməcli yerdən üzür. Yəni, həmin texnika ağacı köklü-torpaqlı götürərək, dibçəkdən çıxarılmış gül kimi, "ovcunda” aparıb istənilən yerə köçürə bilir. Sözügedən maşınların hələ 2016-cı ildə Bakıya gətirildiyi haqda məlumatlar var. Ancaq nədənsə bu cür mütərəqqi texnikanın xidmətlərindən istifadə etməyi unudublar. Ona görə yüzlərlə zeytun, çinar, palıd, şam ağacları şəhərimizdən didərgin düşüb.

Ağac əkməklə bağlı da ciddi bir problem var. Diqqət yetirmisinizsə, paytaxt Bakıda və bir sıra bölgələrimizdə əğacəkmə kampaniyalarında hələ də əsasən şam ağaclarının əkilməsinə üstünlük verilir. Halbuki bu ağaclar Bakı və şəhərətrafı şoran torpaqlara, buna bənzər bölgələrdə yerli iqlimə, relyefə uzun müddət uyğunlaşa bilmir. Həm də qarlı havalarda yuyunub təmizlənməyi sevən yolka ağacları bizdə, əksinə üstünə toz yığaraq ətrafa pintilik yayır. 

Onu da deyim ki, son dövrlərdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə salınan parklarda doğma xan çinarlarımızın kütləvi şəkildə əkilməsi gözəl aksiyadı.

Ancaq ölkəmizdə kütləvi yolka əkmənin öz kədərli tarixçəsi var. Demək, çar Rusiyası dövründən Qafqazın, o cümlədən Azərbaycanın ruslaşdırılması siyasəti yürüdülüb, imperiya mərkəzindən ölkəmizə rəhbərlər, məmurlar və müxtəlif sənaye obyektləri üçün işçi qüvvəsi adına rus əsilli insanlar göndərilib. Bu səbəbdən paytaxtımızda və bir sıra bölgələrimizdə kompakt yaşayan ruslara həmin yerləri doğmalaşdırmaq üçün floranı dəyişib hər yanda şam ağacları əkdiriblər. Məqsəd, necə deyərlər, həm də "təbiəti ruslaşdırmaq” olub. Buna görə ölkəmizdə fəaliyyət göstərən sovxozların bəzilərində şam ağacı şitili yetişdirən tingçilik bölmələri də yaradılmışdı. Hazırda bizi buna heç kim məcbur etməsə də, şam ağacı tingləri yetişdirmə ənənəsi hələ davam eləyir. Əlbəttə, ölkəmizin şoran torpaqlarında körpə şam ağacı özünü pis hiss edir, böyüyüb özünə gələnə qədər ciddi qulluq istəyir. Fikir versəniz görərsiniz ki, yeni əkilmiş şam ağacları azacıq baxımsız qalan kimi tezcə quruyur. Halbuki öz çinarımız, palıdımız, dəmirağacımız, dağdağanımız, cökəmiz, iydəmiz, söyüdümüz, tutumuz, zeytunumuz və onlarla növ meyvə ağacımız vətənimizin torpaqlarında sevinə-sevinə bitib boy atır. Ona görə də özümüzün ucaboylu, bol oksigenli çinarlarımızı, palıdlarımızı, cökələrimizi daha çox əkib çoxaltmalıyıq. 

Murad Köhnəqala

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri