Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

O, “Çinar”ı məşhurlaşdırdı...

O, “Çinar”ı məşhurlaşdırdı...

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Adil Babayev
Adil Babayev bu dünyada cəmi 52 il ömür sürüb. Bədii yaradıcılıqla, yazıb-yaratmaqla, üstəlik, görünən və görünməyən maneələrlə mübarizədə keçən qısa bir həyat yaşayıb.

Bir neçə gündən sonra isə 100 yaşı tamam olur Adil Qafaroğlunun. Özü bu günləri görməsə də, qısa zaman kəsiyində yazdığı şeir və poemaları, pyesləri, tərcümə etdiyi əsərləri, nəşrinə macal tapdığı “İlk addımlar”, “Ürək nəğməsi”, “Anamın üzüyü”, “Unudulmuş yasəmən”, “Mənim abidəm”, “Təzədən doğulur şair ölən gün”... kimi kitabları yaşayır. Əsərlər oxunub-araşdırılırsa deməli, müəllifini də yaşadır. Yaradıcı insan kimi Adil Babayevin həyatda istəyi də bu deyildimi?

Kədər içində yazılan “Sevinc”

Adil Babayev 1925-ci il yanvarın 27-də Naxçıvan şəhərində dünyaya göz açıb. Lakin xoşbəxt uşaqlıq illəri yaşamaq, doyunca ata səsi eşitmək, onun nəvazişini hiss etmək qayğısını görmək balaca Adilə nəsib olmayıb. Çünki cəmi altı aydan sonra atası Qafar kişi həbs olunaraq güllələnib. Atasız, maddi sıxıntılar içində böyüyən Adil həm də mənəvi zərbələr alıb, müxtəlif qadağalarla, soyuq baxışlarla böyüyüb, möhkəmlənib.
Yeddinci sinfə qədər Naxçıvanda oxuyandan sonra Gürcüstanın paytaxtı Tbilisi şəhərində yaşamalı olublar, orda orta məktəbi bitirib. “Şərq qapısı” qəzetinin redaksiyası Adil Babayev üçün ədəbiyyat aləminə açılan bir qapı olur sanki. Əvvəlcə korrektor kimi işə başlayıb, sonra isə qəzetin ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Kağızla, qələmlə təkbətək qalarkən zamanın vurduğu yaraları unutmağa çalışan gənc şair 1939-cu ildə ilk çap olunan şeirlərinin sevincini yaşayır, “Gənc nəsil” jurnalında və “Sovet Gürcüstanı” qəzetində imzası görünməyə başlayır. 1941-ci ildə qələmə aldığı “Sevinc” şeiri ilə “Sovet Gürcüstanı” qəzetinin keçirdiyi müsabiqəyə qatılır və mükafata layiq görülür. Bütün çətinliklərə, maneələrə baxmayaraq 1943-cü ildə Tbilisidəki Müəllimlər İnstitutuna daxil olmağı bacarır.
1945-ci ildən başlayaraq Adil Babayev “Kommunist” qəzetində, “İnqilab və mədəniyyət” jurnalında, “Azərnəşr”də müxtəlif vəzifələrdə çalışır, Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirir, ilk kitabları nəşr olunur. Amma “Xalq düşməninin oğlu” damğası istedadlı, bacarıqlı, çətinlikləri üzərinə tək yeriməyə öyrəşmiş gənci hər addımda izləyir. Və nəhayət...
1956-cı ildə ailəsinin mənəvi iztirabları başa çatır, atası Qafar Babayevə ölümündən sonra bəraət verilir. Atasının günahsızlığı rəsmi şəkildə etiraf olunduqdan sonra Adil Babayev daha şövqlə yazıb-yaradır. Akademik Dram Teatrında-indiki Dövlət Akademik Milli Dram Teatrında uzun illər ədəbi hissə müdiri kimi çalışır, “Dağlar qızı”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” kimi maraqlı pyeslər qələmə alır və bu əsərlər uğurlu səhnə həyatı yaşayır.
Zər qədrini Vurğun bilər...
Onun həyatını və yaradıcılıq yolunu aydınladan, maneələrdən, mənəvi hücumlardan qoruyan “Çinar” şeiridir. Poeziyamızın nəhəngi Səməd Vurğun “Kommunist” qəzetində çap olunan bu şeiri bəyəndiyindən müəllifi ilə maraqlanır, gənc şairlə tanış olur, ona məsləhətlərini verir. Səməd Vurğunun Adil Babayevə cavab olaraq yazdığı “Mənim arzum” şeiri də “Kommunist” qəzetində dərc edildikdən sonra Adil Babayev ədəbi ictimaiyyətdə məşhurlaşır. Təsadüfi deyil ki, Osman Sarıvəlli, Nəbi Xəzri, Nəriman Həsənzadə kimi görkəmli şairlər Adil Babayevə şeirlər həsr edirlər.
Poema, şeirlər, sonetlər, pyeslər, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov və digər tanınmış sənəd adamları haqqında kitablarla yanaşı Adil Babayevin dünya ədəbiyyatından etdiyi tərcümələr də böyük maraqla qarşılanıb. V.Şekspirin, N.Dumbadzenin, M.Petrieskunun pyesləri onun tərcüməsi əsasında müxtəlif teatrlarda tamaşaya qoyulub.
Adil Babayev uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorun müavini olub, ömrünün son altı ilini isə Yazıçılar Birliyində çalışıb. 1977-ci il avqustun 19-da 52 yaşında dünyadan köçüb. O, “Çinar”ı məşhurlaşdırsa da, çinar onu qoruya bilmədi...
Yanvarın 27-də tanınmış şair, dramaturq, tərcüməçi Adil Babayevin 100 yaşı tamam olur. Cəmi 52 il ömür sürən bu yaradıcı insanın əsərləri bu gün də yaşayır. Özünün də istədiyi bu deyildimi?
Ömrüm Aya, Günəşə sirdaş,
Ağarır saç, çoxalır yaş.
Bircə kəlməm, bircə sözüm,
Ürəklərdə qalaydı kaş
Mən dünyada olmayanda...

Etibar CƏBRAYILOĞLU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri