Icma.az
close
up
RU
“Depressiya ciddi psixoloji problemdir, onu sadəcə “pis əhval” kimi qəbul etmək olmaz” MÜSAHİBƏ

“Depressiya ciddi psixoloji problemdir, onu sadəcə “pis əhval” kimi qəbul etmək olmaz” MÜSAHİBƏ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan həyatı müxtəlif mərhələlərdən, duyğulardan və sınaqlardan ibarətdir. Hər kəs müəyyən vaxtlarda çətinliklərlə, uğursuzluqlarla, itkilərlə və ya daxili boşluq hissi ilə üz-üzə qalır. Belə anlarda insanlar bəzən ümidsizliyə qapılır, həyatın mənasını itirirmiş kimi hiss edir, daxildə dərin bir yorğunluq və ümidsizlik yaşayırlar. Belə vəziyyətlərdə bəziləri çıxış yolunu tapa bilmir, bəziləri isə mübarizə aparmaq üçün güc toplaya bilir.

Bəs belə durumda olan insanlar nə etməlidirlər? Özlərini necə toparlaya, daxili güclərini necə bərpa edə bilərlər?

Redaktor.az mövzu ilə bağlı psixoloq Günay Kərimi ilə müsahibəni təqdim edir:

- Günay xanım, depressiya hansı hallarda daha çox müşahidə olunur?

- Ümumiyyətlə, insanlarda müxtəlif fəsillərdə, vaxtlarda və yaş dövrlərində depressiyaya rast gəlmək mümkündür. Təəssüf ki, son dövrlərdə təkcə böyüklərdə və yaşlılarda deyil, uşaqlarda da depressiya halları müşahidə olunur. Artıq bunun müəyyən yaş kateqoriyası yoxdur.

- Fəsillərin dəyişməsi də insanların psixoloji vəziyyətinə təsir edirmi?

- Bəli, fəsil depressiyaları da olur. Məsələn, yaz və yay aylarında depressiyaların sayı azalır, çünki hava günəşli olur, insanlarda enerji artır, serotonin hormonu yüksəlir və insanlar havanın təsiri ilə daha çox xoşbəxtlik hiss edirlər. Amma payız və qış aylarında, xüsusilə də havanın tutqun, yağışlı olması, günün tez qısalması, qaranlığın tez düşməsi kimi hallar insanlarda depressiyanın yaranmasına səbəb ola bilər. Bu dövrlərdə keçmişi xatırlamaq, bədbinlikdən çıxmağın çətinləşməsi daha çox müşahidə olunur.

- Depressiyanın yaranmasına səbəb olan əsas amillər hansılardır?

- Əlbəttə ki, keçmişdə yaşanan travmalar, uşaqlıq dövründə ailədaxili münasibətlərin düzgün qurulmaması, sevgi, ailə və dostluq münasibətlərində yaşanan problemlər də depressiyaya səbəb olur. Özünə qapanma və tənhalıq kimi hallar da bu vəziyyəti dərinləşdirir.

- Depressiyanın növləri varmı?

- Bəli, depressiyanın bir neçə növü var. Məsələn, xroniki depressiya uzunmüddətli olur. Konsultasiya zamanı psixoloq tərəfindən düzgün analiz aparılarsa, insanın hansı depressiya növündən əziyyət çəkdiyini müəyyənləşdirmək mümkündür. Bu zaman düzgün müşahidə çox vacibdir. Düzgün diaqnoz qoyulmadıqda müalicə istənilən nəticəni verməyə bilər. Buna görə də ilkin konsultasiya və dəqiq diaqnozun qoyulması xüsusi əhəmiyyət daşıyır.

- Uşaqlarda və yeniyetmələrdə depressiya halları hansı hallarda baş verir?

- Uşaqlarda da depressiya halları müşahidə olunur. Bu, daha çox ailədaxili münasibətlərdə və xüsusilə natamam ailələrdə baş verir. Yeniyetməlik dövründə isə bu hallar daha çox müşahidə olunur. Çünki bu dövrdə uşaq-valideyn münasibətlərində anlaşılmazlıqlar yaranır. Valideyn övladının böyüdüyünü qəbul etmək istəmir, uşaq isə özünü təsdiqləməyə çalışır. Belə hallarda uşaqlarda özünəqapanma və depressiya baş verə bilər. Təəssüf ki, uzunmüddətli və dərin depressiyalar bəzən intihar hallarına qədər gətirib çıxara bilir.

- Bəzən insanlar “mən depressiyadayam” deyirlər. Həqiqətən bu qədər asan müəyyən etmək olarmı?

- Xeyr, əksinə. Bəzən insanlar konsultasiyaya gələndə “mən depressiyadayam” deyirlər, amma əslində depressiyanın nə olduğunu bilmirlər. Bu ifadə çox zaman dilə düşmüş bir söz kimi işlədilir. Halbuki depressiya ciddi psixoloji problemdir. Əgər əhval-ruhiyyə 15 gündən çox müddətdə aşağı qalırsa, bu, artıq narahatlıq doğurmalıdır. Daha sonra psixoloq sual-cavab və müşahidə vasitəsilə diaqnozu dəqiqləşdirir.

- Ağır depressiya zamanı müalicə necə aparılır?

- Ağır depressiya hallarında təkcə psixoloq deyil, psixiatr da müalicəyə qoşulmalıdır. Belə hallarda antidepressant və sakitləşdirici dərmanların qəbulu vacib ola bilər. Çünki bu vəziyyətdə insan özünü çox bədbin hiss edir, sosial təmasdan uzaqlaşır, yataqdan qalxmaq istəmir, iştahda dəyişikliklər (ya çoxalır, ya da azalır) baş verir. Bütün bu hallar depressiyanın əsas əlamətləridir.

- Depressiyadan çıxmaq üçün nə etmək lazımdır?

- İlk növbədə düzgün diaqnoz qoyulmalıdır. Daha sonra vəziyyətə uyğun müalicə planı hazırlanmalıdır. Ağır depressiya zamanı psixoloq və psixiatr birgə işləməlidir. Psixiatr dərman müalicəsini nəzarətdə saxlayır, psixoloq isə seanslar vasitəsilə depressiyanın kök səbəblərini araşdırır.

- Hansı insanlar daha çox depressiyaya meylli olurlar?

- Dörd temperament tipindən melanxolik tipə aid insanlar depressiyaya daha çox meyilli olurlar. Onlar kədərə, qəmə və qüssəyə daha açıqdırlar, tərifi qəbul etməkdə çətinlik çəkirlər, özgüvənləri aşağı olur və özlərini tez-tez tənqid edirlər.

- Belə insanlara yaxınları necə dəstək ola bilər?

- Belə insanlara yaxınları, ailələri və dostları xüsusi diqqət göstərməlidirlər. Onları təkliyə buraxmaq olmaz. Əksinə, bayıra çıxmağa, gəzməyə, parka, kafeyə getməyə təşviq etmək lazımdır. Onların evdə, yataqda və ya özünə qapanmış vəziyyətdə qalmasına imkan verilməməlidir. Təmiz havada gəzmək və idmanla məşğul olmaq çox vacibdir, çünki idman orqanizmdə xoşbəxtlik hormonlarını artırır və insanın əhvalını yaxşılaşdırır. Bundan əlavə, əgər imkan varsa, həmin insanın mühitini dəyişmək, başqa şəhərə və ya ölkəyə getmək, yeni məşğuliyyətlər tapmaq da müsbət təsir göstərir. Əgər bunlarla nəticə əldə etmək mümkün deyilsə, o zaman mütləq şəkildə ixtisaslı psixoloqlara müraciət olunmalıdır.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri