Icma.az
close
up
RU
Yanar ürəyin söz işığı

Yanar ürəyin söz işığı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jurnalist ömrü, belə demək olarsa, əfsanəvi simurq quşunun taleyinə bənzəyir. Yanır, ətrafı işıqlandırır, sonda saralmış qəzet səhifələrindən başqa gözə görünən bir şey qalmır. Halbuki jurnalist zamanın salnaməsini  yaradır. Hər bir yazısı ilə o səlnaməyə bir "naxış" vurur. Təəssüf ki, illər ötdükcə əməyi, belə demək olarsa, unudulur. Bu, etiraf ediləsi, acı həqiqətdir.
Canalı Mirzəliyev 19 il "Birlik" qəzetinin redaktoru işlədi. Onun bacarığı sayəsində qəzet Azərbaycanda və SSRİ miqyasında keçirilən Ümumittifaq baxış müsabiqələrinin qalibi oldu, SSRİ Jurnalistlər İttifaqının M.Y.Ulyanova adına mükafatına, Azərbaycan KP MK Mətbuat Xidmətinin xüsusi ödülünə layiq görüldü.
Canalı Mirzəliyev məhsuldar yazar idi. Demək olar ki, qəzetin hər sayında olmasa da, maraqlı və oxunaqlı yazılar yazırdı. O, bu yazılarla əməkdaşlarına nümunə göstərirdi. Xatırlayıram ki, bir dəfə suçu haqqında "Sular axır..." adlı bir oçerk yazmışdı. Yazıda əmək adamının fikir və düşüncələri, həyata münasibəti çox təbii ştirixlərlə, sadə dildə verilmişdi. Mən o yazını bir neçə dəfə oxudum və indiyədək hafizəmdə yaşayır. Təəssüf ki, çağdaş mətbuatımızda torpaq adamı, ümumiyyətlə, zəhmətkeş insanlar haqqında belə portret səpkili yazılara rast gəlmirik.
"Birlik"dən ayrılandan sonra Canalı müəllim daha çox publisistik və ədəbi əsərlər ortaya qoyurdu. Onun "Dadlı əzab", "Əmi evində", "Gül bir az...", "İtirilmiş cənnət haqqında əfsanə", "Rasim Balayev", "Çalış öz xalqının işinə yara", "Üçüncü gözün sirri", "Mən jurnalistəm", "Qara qızıl ağ səadət rəngində", "Bəhmən Mirzəyev" və başqa kitabları var. Ümumilikdə, otuzdan çox kitabı nəşr olunub.
Mən orta məktəbdə oxuyanda Canalı müəllim tanınmış muxbir idi. Maraqlı yazıları həm rayon, həm də respublika qəzetlərində dərc olunurdu. Həmin yazıların çoxu insanları narahat edən mövzulardan bəhs edirdi. Canalı Mirzəliyev onda Azərbaycan Dövlət Universitetində qiyabi təhsil alır, doğma Pirhəsənli kəndində müəllim işləyirdi. Sonra onu rayon partiya komitəsinə dəvət etdilər. İki il sonra rayonda çıxan "Birlik" qəzetinin redaktoru oldu.
Jurnalistika fakültəsinin ikinci kürsunu bitirib rayon qəzetimizə təcrübəyə göndərilmişdim. Canalı müəllim məni yuxarılardan gələn nümayəndə kimi qarşıladı, sonra redaksiyanın yaradıcı əməkdaşlarını toplayıb təqdim etdi: "Səmədi çoxunuz tanıyırsız. Bu gündən o, bir ay əməkdaşımız kimi çalışacaq. İndi təsərrüfatın hər bir sahəsində qızğın iş gedir. İnanıram ki,  Səməd bizə yaxşı kömək edəcək və maraqlı yazılar yazacaq". 
İyulun qızmar günlərində redaksiyanın digər əməkdaşları kimi mən də biçin aparılan zəmilərdə, pambıq tarlalarında, yaylaqlarda olur, əmək qabaqcılları ilə görüşür, müxtəlif səpkili yazılar yazırdım. Çalışırdım ki, yazılarımda tərifdən çox, tənqidə üstünlük verim. Bu, istəyim redaktorun diqqətindən yayınmırdı. O, bunu təqdir edib deyirdi: "Nöqsanları gözdən qaçırmamağın yaxşıdı. Ancaq hər işə "qara eynək"lə baxmaq da olmaz". Buna görə də bəzən Canalı müəllim yazımı mürəkkəbli qələmlə kəsib tökür, sonra da məni yanına çağırıb, niyə belə etdiyinə inandırmağa çalışırdı. O zaman mən ürəyimdə onunla barışırdım.
Bir gün növbəti nömrəyə növbətçilik edəcək əməkdaş xəstələnmişdi. Redaktorun tapşırığı ilə məni növbətçi təyin etdilər. Yazıları diqqətlə, dönə-dönə oxuyurdum və çalışırdım ki, səhifələrdə hərf və fikir səhvi getməsin. Mənə elə gəlirdi ki, səhifələrdə səhv qalmayıb. Amma Canalı müəllim həmin səhifələri oxuyub mənə qaytaranda öz-özümə gülürdüm. Çünki o, yazılarda xeyli səhv tapır, bəzi redaktə xətalarını da düzəldirdi. Sanki, o, bununla mənə dərs verirdi.
Təcrübə müddəti başa çatandan sonra yanına getdim. Yenə məni gülər üzlə qarşıladı. Söhbətin sonunda dedi ki, sağ ol, bizə yaxşı kömək elədin. Universiteti bitirəndən sonra da çalış təyinatını bura al, sən artıq bu kollektivin üzvi kimisən. 
Amma mənim təyinatımı Şamaxıya verdilər. Hər dəfə doğma Ağsuya qayıdanda görüşünə getdiyim ilk insanlardan biri Canalı müəllim olurdu. O illərdə mətbuatla bağlı müşavirə və konfranslarda, jurnalistlərin qurultaylarında onunla görüşür, söhbətləşirdik. Bu söhbətlərdə  respublikanın öncül qəzet-jurnallarında mənim dərc olunan yazılarımı izlədiyini söyləyir, məsləhətlərini verirdi.
İllərdən sonra biz "Azərbaycan" nəşriyyatının binasının ikinci mərtəbəsində qonşu otaqlarda işləmişik. Onda Canalı müəllim "Azərtayms" qəzetinə və "Şirvan" informasiya mərkəzinə rəhbərlik edirdi. Bir səhər işə gələndə onun otağının qarşısında keçirdim. Salam verib ötmək istəyirdim. Dedi ki, gəl içəri. Keçib oturdum. Hal-əhvaldan sonra yenicə işıq üzü görmüş "Ağsu" tarixi–publisistik səpkidə yazılmış kitabını mənə uzatdı. Çox sevindim. 
Mən elə oradaca kitabın bir neçə səhifəsini maraqla oxudum. Kitabda doğma Ağsumuzun tarixi keçmişi və keçdiyi inkişaf yolları, Şirvanın bir parçası olan bu torpağın fədakar oğullarının müxtəlif əsrlərdə düşmənə qarşı mübarizəsi əksini tapıb. Əsərdə ağsulu görkəmli əmək, sənət və elm adamları haqqında da yazılar verilib. Kitab Ağsu haqqında bu səpkili ilk nümunə olduğundan  hər bir oxucu üçün maraq doğurur.
Bir müddət sonra işlədiyim redaksiya həmin binadan köçdü. Canalı müəllimlə və digər qələm dostlarımla arabir, müxtəlif tədbirlərdə, küçədə, yaxud telefonla görüşürdük. Bir gün "Mədəniyyət" qəzetini oxuyurdum. Qəzetin son səhifəsində verilmiş bir  yazı məni sarsıtdı: "5  iyun 2009-cu ildə "Mədəniyyət" qəzetinin kollektivi ağır itki ilə üzləşdi. Qəzetin redaktoru, yazıçı-publisist, "Qızıl qələm", "Həsən bəy Zərdabi" və "Humay" mükafatları laureatı Canalı Xanəli oğlu Mirzəliyev dünyasını dəyişdi".
Bəzən illərlə tanıdığın, insanlığına, ziyalılığına hörmət bəslədiyin adamların bu dünyadan köçüb getməsindən vaxtında xəbər tuta bilmirsən. Xəbərdar olanda da özünü qınayır, təəssüf hissi yaşayır, kədərlənirsən. Canalı müəllimin vəfatından da çox gec xəbər tutmuşdum...

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri