Icma.az
close
up
RU
Cinayət məsuliyyətinə cəlb edilən vəkillərin ittihamları ağırlaşdırılıb MƏHKƏMƏ BAŞLAYIR

Cinayət məsuliyyətinə cəlb edilən vəkillərin ittihamları ağırlaşdırılıb MƏHKƏMƏ BAŞLAYIR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayon Vəkil Bürosunun müdiri Rəşad Abdullayev və bu qurumun qurumun vəkili Süleyman Əliyevə qarşı irəli sürülən ittihamların sayı artırılıb.

Adları çəkilən şəxslər 2024-cü ilin avqustunda saxlanılarkən Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham olunsalar da, istintaqın sonunda maddələrin sayı artıb.

Gununsesi.info  xəbər verir ki, istintaqın sonunda onlara qarşı Cinayət Məcəlləsinin 32.4, 297.1 (yalan ifadə verməyə təhrik etmə) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələrilə əlavə ittihamlar verilib.

Rəşad Abdullayev və Süleyman Əliyevə verilən ittihamlar 2023-2024-cü illərdə Tovuz Rayon Məhkəməsində hakimlər Qafil Baxşıyev, Fərid Əliyev və Zaur Hümmətovun icraatında olmuş işlərlə bağlıdır.

İttihama əsasən, onlar məhkəmədə baxılan cinayət işləri və mülki mübahisələri tərəflərdən birinin xeyrinə həll etmək üçün imkanlarından istifadə edəcəklərinə, çıxarılacaq qərarlara qanunsuz təsir göstərəcəklərinə söz verib. Bu adla da həmin məhkəmə işlərində tərəf olan adamlar və ya onların yaxınlarından xeyli məbləğdə pul alıblar. Təqsirləndirilən vəkillər bu ittihamları qəbul etmirlər. Onlar bildirib ki, Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə aralarında əvvəllər narazılıqlar olub.

“Vəkillərin haqqında istintaq tamamlanıb, iş məhkəməyə göndərilib. Əvvəl Gəncə şəhər Məhkəməsinə göndərilib. Lakin bu məhkəmə də ərazi aidiyyətinə görə qərar verib ki, Tovuzda baxılmalıdır. Tovuzda da vəkillər etiraz verib ki, bu məhkəmədə işin obyektiv araşdırılacağına, ədalətli qərar çıxarılacağına inanmırlar. Etiraz təmin olunub. İşin hansı məhkəməyə göndərilməsi barədə qərarı Gəncə Apellyasiya Məhkəməsinin sədri verib. Qərara əsasən, vəkillərin işi yenidən Gəncə Şəhər Məhkəməsinə göndərilib”, -deyə  “Gununsesi.info”-ya bildirilib.

Vəkillər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlar haqqında istintaq da bu idarədə aparılıb. Rəşad Abdullayev və Süleyman Əliyev cinayət məsuliyyətinə cəlb olunsa da, həbs edilməyib, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri