Icma.az
close
up
RU
Çində Azərbaycan şərabçılığına aid master klass keçirilib

Çində Azərbaycan şərabçılığına aid master klass keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 15 may, AZƏRTAC

Çinin paytaxtı Pekindəki “Azərbaycanın Ticarət Evi”ndə Azərbaycan şərabçılığına dair master-klass keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade Co., Ltd" şirkətinin və Pekindəki “Azərbaycan Ticarər Evi”nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak edib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bu ölkədə Azərbaycan şərabçılığının təşviqi işləri barədə geniş məlumat verib. O, zəngin və qədim şərabçılıq ənənəsinə malik olan Azərbaycanda torpağın mineral tərkibi, bölgənin iqlimi kimi təbii amillərin üzümə özünəməxsus dad və ətir bəxş etdiyini bildirib, Azərbaycan şərablarının bir neçə beynəlxalq mükafata layiq görüldüyünü diqqətə çatdırıb. Bu cür tədbirlərin təşkilində məqsəd Çində Azərbaycan şərablarının satış kanallarını genişləndirmək olduğunu vurğulayan T.Nadiroğlu dadı və keyfiyyəti ilə tanınan Azərbaycan məhsullarının, xüsusilə şərabların yenilik axtaran çinli istehlakçıların diqqətini cəlb edəcəyinə ümidvar olduğunu deyib.

Tanınmış şərab eksperti Kevin Din təqdimatla çıxış edərək Azərbaycan şərabçılığının tarixi, inkişafı və potensialı haqqında məlumat verib. Bildirib ki, böyük üzümçülük və şərabçılıq tarixi olan Azərbaycanda üzümün becərilməsinin və şərabçılıq ənənələrinin qədimliyini arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı artefaktlar və tarixi mənbələr də sübut edir.

Tədbirdə, həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olunub, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırılıb.

Sonda şərab ekspertinin təqdimatında Azərbaycan şərablarının dequstasiyası keçirilib. Tədbir iştirakçılarına müxtəlif şərab növləri təqdim edilib və onların fikirləri öyrənilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri