Icma.az
close
up
RU
Çində beynəlxalq Orta Dəhliz müzakirəsi

Çində beynəlxalq Orta Dəhliz müzakirəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. 
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyini ziyarət edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyub.
Nümayəndə heyəti Ümum-Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir ilə görüş keçirib. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Şahin Mustafayev “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026”nın açılış mərasimində, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə çıxış edib. Baş nazirin müavini Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin mübadiləsi həyata keçirilib.
“Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026”nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib.
Səfər çərçivəsində, həmçinin Çinin bir sıra aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanda həyata keçirilən layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri