Əbu Dabidə inanılmaz qarşılaşma Sui qəsdçi və qurbanı eyni masada
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əbu-Dabidə Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazırlaşan Rusiya nümayəndə heyətinin tərkibi diqqətçəkən şəkildə genişləndirilib. Kreml ilk dəfə olaraq danışıqlara Federal Təhlükəsizlik Xidmətinin (FSB) yüksəkvəzifəli rəhbərlərini də cəlb edib. Onlardan biri Rusiyanın 2022-ci ildə Ukraynaya hücumu ərəfəsində Kremlə verilən yanlış kəşfiyyat qiymətləndirmələri ilə əlaqələndirilən quruma rəhbərlik edir.
"Yeni Sabah" xəbər verir ki, Əbu-Dabidə keçiriləcək danışıqlarda Rusiyanı 11 nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Heyətə FSB-nin iki yüksəkvəzifəli rəsmisi – qurumun Operativ İnformasiya və Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Aleksey Komkov və Əks-kəşfiyyat Əməliyyatları Departamentinin rəhbəri Dmitri Minayev daxil edilib. Elektronika məhsulları
Qeyd olunur ki, FSB əvvəllər Ukrayna və ABŞ ilə aparılan danışıqlarda bu səviyyədə təmsil olunmayıb.
Putinə “Kiyev bir neçə günə alınacaq” məlumatını verən xidmət
Aleksey Komkovun rəhbərlik etdiyi FSB-nin Beşinci Xidməti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin hazırlanmasında mühüm rol oynayıb.
Jurnalist araşdırmalarına görə, məhz bu xidmətin əməkdaşları müharibə ərəfəsində Vladimir Putini Ukrayna müqavimətinin qısa müddətdə qırılacağına və Kiyevin bir neçə gün ərzində ələ keçirilə biləcəyinə inandırıblar.
Lakin müharibənin ilk mərhələsində bu proqnozlar özünü doğrultmayıb.
Həmin dövrdə FSB-nin Beşinci Xidmətinə Sergey Beseda rəhbərlik edirdi. Hazırda isə qurumun başında Aleksey Komkov dayanır.
Beləliklə, Ukraynadakı vəziyyətin yanlış qiymətləndirilməsi ilə əlaqələndirilən kəşfiyyat strukturunun indiki rəhbəri artıq sülh danışıqlarında iştirak edəcək.
Budanovla bağlı sui-qəsd iddialarında adı çəkilən qurumun rəhbəri də danışıqlarda
Rusiya nümayəndə heyətinə daxil edilən digər FSB rəsmisi Dmitri Minayev də diqqət çəkir.
O, Ukrayna rəsmilərinin diversiya əməliyyatları və Kirill Budanova qarşı sui-qəsd cəhdinin təşkili ilə əlaqələndirdikləri əks-kəşfiyyat strukturuna rəhbərlik edir.
Bu barədə daha əvvəl The Wall Street Journal məlumat yayıb.
Maraqlıdır ki, həmin Kirill Budanov hazırda Ukrayna nümayəndə heyətinin tərkibində danışıqlarda iştirak edir.
Beləliklə, Ukrayna tərəfinin ittihamlarında adı keçən təhlükəsizlik strukturunun rəhbəri ilə Budanov eyni diplomatik prosesin iştirakçıları olacaqlar.
Bununla belə, Minayevin şəxsən həmin əməliyyatlarda iştirak etdiyi barədə təsdiqlənmiş məlumat təqdim edilmir.
Kreml danışıqlara xüsusi xidmət orqanlarını da cəlb edir
FSB-nin iki yüksəkvəzifəli rəhbərinin nümayəndə heyətinə daxil edilməsi Moskvanın Əbu-Dabi danışıqlarına yalnız diplomatik və hərbi deyil, həm də kəşfiyyat və təhlükəsizlik strukturları səviyyəsində hazırlaşdığını göstərir.
Lakin onların danışıqlarda konkret hansı məsələlərə cavabdeh olacağı hələ açıqlanmayıb./Musavat.com
Baxış sayı:99
Bu xəbər 10 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















