Icma.az
close
up
RU
COP31 də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb

COP31 də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 noyabr, AZƏRTAC

Energetika Nazirliyinin, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin heyəti Antalyada BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Enerji və Nəqliyyat Günü çərçivəsində təşkil edilmiş “Öhdəliklərdən icraya: təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi”, “Binalarda enerji səmərəliliyinin artırılması: rəqəmsal həllər və regional əməkdaşlıq” və “Yaşıl enerji dəhlizləri və regional bağlantılar: elektrikləşmə üzrə əməkdaşlığın gücləndirilməsi” tədbirlərində iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Energetika Nazirliyi, BOEMDA və CECECO-nun birgə təşkilatçılığı ilə keçirilən “Öhdəliklərdən icraya: təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi” panel sessiyasında COP29 zamanı qəbul edilmiş Hidrogen Bəyannaməsindən sonra qlobal hidrogen gündəliyində əldə olunan irəliləyiş və praktiki icra mərhələsinin əhəmiyyəti vurğulanıb.

Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışıb. Qeyd olunub ki, COP29-da təqdim edilmiş Hidrogen üzrə Milli Strateji Baxış sənədinin icra planı Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi və “DNV Energy Systems Germany GmbH” şirkətinin məsləhətçi dəstəyi ilə hazırlanır və bu istiqamətdə aidiyyəti dövlət qurumlarının iştirakı ilə iş aparılır. Eyni zamanda, hidrogen bazarının formalaşdırılması, normativ-hüquqi çərçivənin yaradılması, investisiyaların cəlbi və kommersiya baxımından dayanıqlı layihələrin müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Energetika Nazirliyi və Türkiyənin Ətraf Mühit, Urbanizasiya və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Binalarda enerji səmərəliliyinin artırılması: rəqəmsal həllər və regional əməkdaşlıq” mövzulu yan tədbirdə Azərbaycan və Türkiyə arasında binalarda enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafı, rəqəmsal həllərin tətbiqi və qabaqcıl təcrübə mübadiləsi müzakirə edilib. BOEMDA-nın direktoru Cavid Abdullayev iki ölkənin bu sahədə əməkdaşlığının nəticələri, binaların enerji sərfinin hesablanması, enerji effektivliyi siniflərinin müəyyənləşdirilməsi və pasportlaşdırılması proseslərinin rəqəmsallaşdırılması barədə danışıb. Eyni zamanda, Türkiyənin BEP-TR və Azərbaycanın Binalarda Enerji Effektivliyi Altsistemi (BEEİS) təqdim olunub, enerji səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların rolu və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

CECECO, Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB), Qlobal Külək Enerjisi Şurası (GWEC) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl enerji dəhlizləri və regional bağlantılar: elektrikləşmə üzrə əməkdaşlığın gücləndirilməsi” panel sessiyasında isə COP29 Sədrliyi tərəfindən irəli sürülmüş yaşıl enerji zonaları və dəhlizləri öhdəliyinin regional enerji bağlantılarının inkişafında əhəmiyyəti müzakirə olunub.

Tədbirdə beynəlxalq əməkdaşlığın, investisiya və maliyyələşmə imkanlarının genişləndirilməsinin enerji sistemlərinin əlaqələndirilməsi və iqtisadiyyatların elektrikləşdirilməsinin sürətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin yaşıl enerji dəhlizləri, eləcə də Azərbaycan–Türkiyə enerji bağlantısı regional əməkdaşlığın və transsərhəd enerji infrastrukturunun inkişafında mühüm istiqamətlər kimi diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri