Uğur qazanmaq öz əlimizdədir
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Necə uğur qazanmaq olar? Hansı qapılar uğura açılır? Hansı yollar müvəffəqiyyətə aparır?..
Uğur qazanmaq istəyən hər bir kəs bu suallar üzərində düşünür. Halbuki uğura açılan qapıları və ya müvəffəqiyyətə aparan yolları axtarmaqla deyil, uğurun nə olduğunu bilməklə, hər gün bu yolda bir addım atmaqla uğur qazanmaq olar. Çünki bunun üçün əlimizdə nə bir ünvan, nə bir xəritə var. Bir sözlə, uğur qazanmaq istəyən insan udmağı və uduzmağı yox, görə biləcəyi işi maksimum keyfiyyətdə görməyi qarşısına məqsəd qoymalıdır.
İntellektual amillərin əhəmiyyəti
İstər alimlərin, istərsə də, idmançıların uğur qazanmasına təsir göstərən amillər təkcə fiziki və intellektual amillər deyil. İnsan həm intellektual, həm də fiziki cəhətdən hazır olduqda uğur qazana bilər. Məsələn, tutaq ki, hər hansı bir yarışda və ya müsabiqədə iştirak etmək istəyirsiniz. Üstəlik, özünüzə kifayət qədər inanırsınız, həmçinin heç bir qayğı və ya həyəcan hiss etmirsiniz. İntellektual baxımdan nə qədər hazır olursunuzsa olun, texniki imkanlarınız məhduddursa, heç cür müvəffəq ola bilməzsiniz. Əksini düşünək. Təsəvvür edək ki, bu dəfə texniki imkanlarınız kifayət qədərdir, ancaq özünüzə inamınız yoxdur. Həmişə gərgin və həyəcanlısınız. Bu vəziyyətdə intellektual cəhətdən hazır olmadığınız üçün istər-istəməz uğursuzluğa məruz qalacaqsınız. Yarışdan sonra idmançılarla və ya imtahandan sonra tələbələrlə aparılan müsahibələr göstərir ki, onlar ən çox həmin oyuna və ya imtahana yaxşı hazırlaşmamaqdan, ən sadə suallara cavab verə bilməməkdən şikayətlənirlər. Bütün bunlar intellektual amillərin uğur qazanmaq üçün nə qədər vacib olduğunu göstərir.
Qabiliyyətinizi göstərməkdən çəkinməyin
Hər il minlərlə gəncin yuxusunu qaçıran universitet imtahanlarında ideal bir qabiliyyət nümayiş etdirən, özünü öz qüvvəsindən maksimum istifadə etməyə məcbur edən bir gəncin psixoloji vəziyyətini analiz edək. İllər boyu gözlədiyi o an gəlib çatır. O anı doya-doya, heç bir qayğı, heç bir gərginlik keçirmədən yaşayır. Son dərəcə diqqətlidir. Enerji ilə dolub daşır. İmtahandan keçmək və ya keçməmək qorxusu da yoxdur. Öz qüvvəsindən maksimum istifadə etməyə çalışır, bütün gücünü səfərbər edir, bir saniyəsini belə boş keçməyə qoymur. Hansı sualı oxuyursa, yalnız o suala köklənir. Son dərəcə sakit və təmkinlidir. O, sakit və təmkinli olmaq üçün heç bir səy göstərmir. Bütün bunlar onun içindən gəlir. Nəticə isə labüddür: Müvəffəqiyyət!
Ən böyük rəqibinizi tanıyırsınızmı?
Uğuru çox vaxt bitib tükənmək bilməyən bir mübarizə kimi qəbul edirlər. Sözsüz ki, hər bir mübarizədə rəqiblər, udanlar və uduzanlar var. Uğursuzluq zamanı həmişə günahı qaydalara riayət etməyən rəqiblərdə görürlər. Əslində isə insanın ən böyük rəqibi özüdür. Maraqlıdır ki, heç kim ən yaxın dostunun və ya düşməninin özü olduğunu düşünmür. İnsan onu məğlubiyyətə düçar edən zəiflikləri və ya vərdişləri görmədiyi üçün başqalarını ittiham etməyə məhkumdur. Buna görə də, müvəffəqiyyət üçün ən əsas şərt insanın öz-özünə qalib gəlməsidir.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Konate: “Taleyimiz öz əlimizdədir”
05 May 2026 14:31
Qvardiola: “Hər şey öz əlimizdədir”
26 Aprel 2025 13:51
Əziz Hüseynov: Çempionluq öz əlimizdədir
29 Aprel 2026 12:18
ÖZ taleyimiz ÖZ əlimizdədir! Ramil Hüseynov yazır
07 Oktyabr 2026 14:34
Aborta dur! demək öz əlimizdədir: necə?
25 Sentyabr 2025 12:14
Baxış sayı:48
Bu xəbər 10 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















