Çində iki xarici kəşfiyyata işləyən top menecer həbs edilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Çinin əks-kəşfiyyat orqanları eyni vaxtda iki xarici dövlətin xeyrinə casusluq edən şəxsi ifşa edib. İş üzrə silah ticarəti ilə məşğul olan Çin şirkətinin top-meneceri həbs edilib. Bu barədə South China Morning Post Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik istintaqın bütün təfərrüatlarını açıqlamayıb. Materiallarda təqsirləndirilən şəxs Çjan kimi təqdim olunur. Xüsusi xidmət orqanının məlumatına görə, Çjan xaricdə təhsil aldıqdan sonra bir neçə xarici dili sərbəst öyrənib. Çinə qayıtdıqdan sonra müdafiə və silah ticarəti ilə məşğul olan şirkətdə işə düzəlib, qısa müddətdə rəhbərliyin etimadını qazanaraq beynəlxalq sövdələşmələrə cavabdeh olub. Şirkətin adı, işə baxılma müddəti, eləcə də top-meneceri ələ alan ölkələrin adları açıqlanmayıb.
Çjanı ilk olaraq “A ölkəsi”nin Lukas adlı diplomatı ələ alıb. O, Çjanla diplomatik qəbul zamanı tanış olub. Əvvəlcə ondan bir neçə yüz dollar müqabilində texniki sənədlərin tərcüməsini istəyib, daha sonra isə Çinin silah idxalı ilə bağlı məxfi məlumatların toplanmasına keçib. Çjan qarşısındakı şəxsin kəşfiyyat əməkdaşı olduğunu başa düşsə də, məlumat ötürməkdə davam edib. O, şifahi məlumatlarla yanaşı, müqavilələrin orijinal nüsxələrini də verib və bunun müqabilində ümumilikdə on minlərlə dollar alıb.
Paralel olaraq, Çjanın xaricdə ezamiyyətdə olduğu vaxt “B ölkəsi”nin kəşfiyyatı da onu ələ alıb. Mayk adlı səfirlik əməkdaşı əvvəlcə onun viza almasını süni şəkildə gecikdirib, daha sonra isə Çjanı Sara adlı köməkçisi ilə tanış edib. Qadın Çjanın etimadını qazanıb, xüsusi xidmət orqanlarında çalışdığını etiraf edib və onu pul müqabilində Çin silahları ilə bağlı sənədləri ötürməyə razı salıb. Eyni zamanda, Çjanın ifşa olunacağı təqdirdə xaricə çıxarılacağı vəd edilib.
Təqsirləndirilən şəxs öz təqsirini tam etiraf edib.
Nəşr qeyd edir ki, Çin Dövlət Təhlükəsizliyi Nazirliyi casusluq halları barədə mütəmadi məlumat yayımlayır. Lakin bu ifşaların böyük əksəriyyəti bir xarici kəşfiyyat xidməti tərəfindən ələ alınmış şəxslərlə bağlı olur. Çin vətəndaşlarının eyni vaxtda bir neçə xarici kəşfiyyat orqanı tərəfindən ələ alınması hallarının ictimaiyyətə açıqlanması isə son dərəcə nadirdir.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 01 Sentyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















