Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
SİA xəbər verir ki, görüş zamanı İDEA İctimai Birliyi ilə İSESKO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda azərbaycanlı gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə qazanmaları üçün yeni imkanların yaradılması məsələsinə toxunulub.
Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi, suya qənaət və enerji səmərəliliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə gənclərin iştirakı ilə ölkəmizdə beynəlxalq ekoloji yay düşərgələrinin təşkili və biomüxtəlifliyin mühafizəsi sahəsində birgə maarifləndirmə layihələrinin icrası imkanları da nəzərdən keçirilib.
Bununla yanaşı, gənclərin ekoloji innovasiyalar sahəsində fəaliyyətinin dəstəklənməsi, hava çirklənməsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə innovativ həllərin hazırlanmasına yönəlmiş birgə fəaliyyətlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Mətləb Salahov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Noyabr 2026 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















