Çində NƏHƏNG İXTİRA: İnsanların görə bilmədiyi ağır işləri o edəcək VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Çində hündürlüyü təxminən 4 metr, çəkisi isə 1,2 ton olan nəhəng insanabənzər robot təqdim olunub.
Bizim.Media xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, yeni robot hər iki əlindən eyni vaxtda istifadə etməklə 500 kiloqrama qədər yük qaldıra bilir.
Robototexnika sahəsinin mütəxəssisləri tərəfindən hazırlanan humanoid ağır və təhlükəli şəraitdə işləmək üçün nəzərdə tutulub. Belə mühitlərdə insanların fəaliyyəti onların həyatı üçün risk yarada bilər.
Robotun sənaye istehsalında, müxtəlif qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, eləcə də mürəkkəb infrastruktura malik obyektlərə xidmət göstərilməsində istifadə olunması planlaşdırılır.
Qurğunun texniki xüsusiyyətləri ona ağır yüklərlə işləməyə və adi mexanizmlər, eləcə də insanlar üçün çətin olan əmək tutumlu əməliyyatları yerinə yetirməyə imkan verir.
Mühəndislər robotun sənaye sahələrində real iş şəraitində nə dərəcədə səmərəli olduğunu qiymətləndirmək üçün onun imkanlarını sınaqdan keçirməyə davam edirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















