Icma.az
close
up
RU
Çində oksigensiz şəraitdə qalmış 300 min il əvvələ aid taxta alətlər tapıldı

Çində oksigensiz şəraitdə qalmış 300 min il əvvələ aid taxta alətlər tapıldı

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq alimlər qrupu Çinin Yunnan əyalətindəki Qantangqin sahəsində 300 min il əvvələ aid 35 qədim taxta alət aşkar edib. 

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu artefaktlar “dünyasəviyyəli arxeoloji kəşf” adlandırılıb və Şərqi Asiyada indiyə qədər tapılmış ən qədim taxta əsərlərdir.

Alətlər qədim göl sahili boyunca oksigensiz gil çöküntülərində tapılıb ki, bu da onları olduqca yaxşı vəziyyətə qalmasını şərtləndirib. Tədqiqatçılar aşkar ediblər ki, taxta alətlərdə budaqların budama və formalaşdırılması kimi fəaliyyətləri göstərən kəsmə və qırıntı izləri var. Onların bəzilərində qarmaqlar və ya nazik bıçaqlar var, digərləri isə yuvarlaq və ya iti uclara malikdir.

Tədqiqat qrupu hesab edir ki, bu alətlər həmin ərazidə 300 min il əvvəl yaşamış homininlərin (heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin hominidlər fəsiləsinə aid qəbilə) göl sahilindəki qida ehtiyatlarından strateji istifadə etdiyini göstərir. Sahədə tapılan şam qozası, fındıq, kivi meyvəsi və su kök yumrularına dair sübutlar da bu qənaəti təsdiqləyir.

Almaniyanın Şöningen nizələri kimi ov üçün nəzərdə tutulmuş tarixdən əvvəlki taxta alətlərin əksəriyyətindən fərqli olaraq, Qantangqində tapılanlar bitkilərin toplanması və qazılmasına daha çox diqqət yetirməklə fərqli həyat tərzini göstərir. Yeni kəşf edilmiş alətlər qazmaq üçün hazırlanıb və bunlara şam ağacından hazırlanmış qazma çubuqları daxildir.

Alətlər sənətkarlıq və idrak bacarıqlarını nümayiş etdirir, 35 artefaktdan 32-sinin uclarında, kənarlarında və ya əsaslarında qəsdən dəyişiklik əlamətləri mövcuddur. Taxta alətlərlə yanaşı, tapılan əlaqəli mədəni qalıqlara daş alətlər, buynuzdan çəkiclər, heyvan və bitki qalıqları daxildir.

Bu alətlər regionda taxta alət texnologiyasının məlum ən erkən istifadəsini əks etdirir. Tapıntılar göstərir ki, müxtəlif mühitlərdə yaşayan tarixdən əvvəlki mədəniyyətlərin nümayəndələri yerli resurs ehtiyaclarını əks etdirən vəzifələr üçün xüsusi alətlər hazırlayıblar. Bu kəşf, həmçinin 300 min il əvvəl Asiyada ilk insanların ağac emalı bacarıqlarına malik olduğunu, taxta əşyaları diqqətlə və dəqiqliklə düzəldə bildiyini ortaya qoyur.

Bu tapıntıları təfərrüatları barədə araşdırma iyulun 3-də “Science” jurnalında dərc olunub. Beynəlxalq tədqiqat qrupuna Çin Elmlər Akademiyası nəzdində Elmi Mərkəzin mütəxəssisləri rəhbərlik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri