Icma.az
close
up
RU
Çində qeyri adi hadisə: Qadın mükəmməl danışdığı ingilis dilini unutdu

Çində qeyri adi hadisə: Qadın mükəmməl danışdığı ingilis dilini unutdu

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Çində bir qrup həkim nadir rast gəlinən bir hadisə ilə qarşılaşıb - 24 yaşlı qadın mükəmməl danışdığı ingilis dilində ünsiyyət qurmaq qabiliyyətini qəfildən itirib və bu, həkimləri heyrətləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazıb.

Qadının sözlərinə görə, o, qəfildən özünü pis hiss edib və şiddətli baş ağrıları başlayıb.

"O, mandarin və kanton dialektlərində sərbəst danışırdı, lakin qəribə şəkildə yalnız ingilis dili bacarığını itirmişdi", - deyə Quançjou şəhərində yerləşən Quandun əyalət xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Van Fen bildirib.

Həkimlər əvvəlcə bu vəziyyəti beyin şişi ilə əlaqələndirsələr də, MRT müayinəsi beynin sol nahiyəsində qanaxma olduğunu göstərib. Məhz bu qanaxma qadının ingilis dilində danışmaq funksiyasını müvəqqəti olaraq sıradan çıxarıb.

Neyrocərrahiyə əməliyyatı uğurla başa çatdıqdan sonra qadın ingilis dili qabiliyyətini tam bərpa edib və xaricdəki təhsilinə davam edə bilib.

Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi bu hekayəyə yumorla yanaşaraq "xarici dil öyrənmək üçün əməliyyat" ideyasına zarafatla münasibət bildiriblər:

"Doktor, alman dili üzrə də əməliyyat keçə bilərəm?", - deyə şərhçilərdən biri yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri