Çində sabiq nazir haqqında edam hökmü çıxarılıb, ancaq... Korrupsiyaya görə
Icma.az, Mia.az saytına istinadən bildirir.
Pekin məhkəməsi Çinin keçmiş kənd təsərrüfatı naziri Tanq Renjianla bağlı sensasiyalı hökm çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sabiq nazir müxtəlif vəzifələrdə çalışarkən 37,6 milyon dollar rüşvət və daşınmaz əmlak almaqda ittiham olunub.
Məlumata görə, o, bu cinayətləri 2007-2024-cü illər arasında müxtəlif vəzifələrdə işlədiyi dövrdə törədib: "O, vəzifədən sui-istifadə etməklə 37,6 milyon dollar dəyərində nağd pul və daşınmaz əmlakı rüşvət formasında alıb. Məhkəmədə bu iddialar sübut olunub və o, edam cəzasına məhkum edilib"
Bildirilib ki, hökmün icrası təxirə salınıb.
Məlumatda o da deyilir ki, sabiq nazir u ittihamdan dərhal sonra Çin Kommunist Partiyasından xaric olunub.
Samir MUSAYEV
MİA.AZ


