Icma.az
close
up
RU
Çində yanacağın qiyməti yenidən bahalaşıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 8 aprel, AZƏRTAC

Yaxın Şərqdəki hərbi toqquşmalar səbəbindən dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar Çində yanacağın pərakəndə satış qiymətləri yenidən bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Çinin iqtisadi planlaşdırıcı orqanı olan Dövlət İnkişaf və İslahat Komissiyası ölkədə mövcud qiymət mexanizminə əsasən, benzin və dizel yanacağının qiymətləri müvafiq olaraq ton üçün 800 yuan (təxminən 116 ABŞ dolları) və 770 yuan artırılmalı olduğunu, lakin mart ayında qəbul edilmiş müvəqqəti nəzarət tədbirlərinə sayəsində bu qiymətlərin müvafiq olaraq ton üçün 420 yuan və 400 yuan artacağını açıqlayıb.

Çinin 3 ən böyük neft şirkətinə, eləcə də digər neft emalı zavodlarına sabit tədarükü təmin etmək üçün istehsalı davam etdirmək və daşınmanı asanlaşdırmaq tapşırılıb.

Qeyd edək ki, bu, Yaxın Şərqdəki gərginliyin qlobal neft qiymətlərinə təsirindən sonra Çində 3-cü qiymət artımıdır. Bununla yanaşı, dünya bazarında neft qiymətlərinin artması fonunda martın 23-dən ölkədə benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinə müvəqqəti nəzarət tədbirləri tətbiq edilir. Məqsəd beynəlxalq neft qiymətlərinin qeyri-adi artımının daxili bazara təsirini azaltmaq, aşağı axın istifadəçilərinə düşən yükü yüngülləşdirmək, sabit iqtisadi fəaliyyət və sosial həyat tərzini təmin etmək üçün qəbul olub.

Çin ABŞ-dən sonra dünyada ən böyük yanacaq istehlakçısıdır. Çində istehlak olunan neftin 70 faizi idxal neftidir ki, onun da 90 faizi dəniz yolu ilə tədarük edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri