Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 26 mart, AZƏRTAC
Gürcüstanda yanacağın qiymətləri yenidən bahalaşıb.
AZƏRTAC xəbərmə verir ki, son iki həftədə qiymətlər 50-60 tetri (15-20 sent) bahalaşıb.
Bahalaşmaya əsasən Yaxın Şərqdə baş verən hadisələr, xüsusən də Hörmüz boğazı vasitəsilə neft daşınmalarında gecikmələr səbəb olub. Dünyadakı neft tədarükünün təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir.
Beynəlxalq birjalardakı bu tendensiya artıq Gürcüstan bazarına da təsir edib. Bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri artıb.
Əvvəllər 3,23 lariyə satılan "super" markalı yanacaq indi 3,83 lariyə, litri 3,09 lari olan "avro regulyar" 3,49 lariyə, 3,19 lariyə satılan dizel yanacağı isə 3.69 lariyə satılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















