Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Çindən Azərbaycana kosmik “İpək yolu”

Çindən Azərbaycana kosmik “İpək yolu”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Son illərdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşməkdədir. Bu əməkdaşlıq yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır, həm də yüksək texnologiyaları, o cümlədən kosmos sənayesini də əhatə edir. Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində Azərbaycana verdiyi  strateji əhəmiyyət, Azərbaycanın isə kosmik infrastruktura və rəqəmsal transformasiyaya yönələn siyasəti bu sahədə qarşılıqlı maraqları bir araya gətirir. 

Bu mənada Prezident İlham Əliyevin Pekinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” iki ölkənin kosmos sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyır və Bakının kosmos ölkəsi kimi nüfuzunu daha da artırır.

Azərbaycan ilə Çin arasında kosmik sektorda əməkdaşlıq əhəmiyyətli potensiala malik sahədir. Doğrudur, indiyədək konkret irimiqyaslı birgə layihələr həyata keçirilməmişdir. Bununla belə, mümkün perspektivlərə işarə edən bir neçə amil və istiqamət var. Belə ki, münasibətlərin ümumi kontekstində Azərbaycan və Çin əla diplomatik və iqtisadi əlaqələrə malikdir, o cümlədən Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində münasibətlər uğurla inkişaf edir. Buna görə də, kosmos da daxil olmaqla yüksək texnologiyalı sənayelər çox vaxt bu cür tərəfdaşlıqların dərinləşdirilməsi üçün perspektivli sahələr kimi qiymətləndirilir.

Çinin texnoloji imkanları da kosmosda uğurlu əməkdaşlığa zəmanət verir. Pekin dünyanın ən qabaqcıl və sürətlə inkişaf edən kosmik proqramlarından birinə malikdir. Belə ki, ölkənin uçuş vasitələri Qərb analolarından geri qalmır, Pekin “Long March” raket ailəsi ilə rəqabətədavamlı peyk buraxılış xidmətləri təklif edir. Eyni zamanda, Çin peyk istehsalında da qabaqçıl texnologiyalara malikdir. Ölkənin müxtəlif növ peyklərin (rabitə, Yerin məsafədən zondlanması (ERS), naviqasiya) dizaynı və tikintisi üçün böyük potensialı var. 

Naviqasiya sistemləri barədə də eyni sözləri demək olar. Çin özünün qlobal naviqasiya sistemi “BeiDou”nu inkişaf etdirir. “BeiDou” regional peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlər göstərir. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. GPS-dən müstəqil yerli xidmətin təşkili, əkin sahələrinin koordinatlaşdırılmış idarə olunması və nəqliyyat və yük daşımalarında daha dəqiq marşrutların planlaşdırılması bu sistemin üstünlükləridir. 

Azərbaycanın da rabitə peyklərinin (Azerspace) və məsafədən zondlama peyklərinin (Azersky) istismarı təcrübəsi var. Çinlə əməkdaşlıq Qərb şirkətləri ilə (Azərbaycan peyklərinin yaradılması və buraxılışında iştirak etmiş şirkətlər-red.) mövcud ­tərəfdaşlıqlara alternativ və ya tamamlayıcı ola bilər. Eyni zamanda, Çin bəzi ənənəvi təchizatçılardan daha sərfəli kosmik texnologiya və xidmətlər təklif edə bilər. Tərəflər peyk komponentlərinin birgə istehsalı, yerli montaj və sınaq laboratoriyalarının qurulması, habelə süni intellekt texnologiyalarının peyk məlumatlarına tətbiqi kimi sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurmaq potensialına malikdirlər. 

Bundan başqa, Azərbaycan Çin ilə birgə kosmos layihələri həyata keçirərək, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında informasiya körpüsü rolu oynaya bilər. Belə ki, Transxəzər məlumat şəbəkələrinin qurulması, kosmos forumlarının keçirilməsi kimi təşəbbüslərin Bakının regional liderlik mövqelərinin güclənməsinə müsbət təsir göstərmək şansı böyükdür. Bu mənada Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan təkcə tranzit deyil, həm də informasiya və kosmik qovşaq rolunu da oynaya bilər. Eyni zamanda, Azərbaycan və Çin Asiya–Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) üzvləridir və bu təşkilat həm də dialoq və potensial birgə təşəbbüslər üçün platforma yaradır.

Beləliklə, Azərbaycan və Çin arasında kosmos sahəsində əməkdaşlığın ümidverici perspektivləri var. Bunlar Çinin imkanlarına, Azərbaycanın kosmik proqramını inkişaf etdirmək ehtiyaclarına və ikitərəfli münasibətlərin ümumi müsbət fonuna əsaslanır. Əlbəttə, konkret addımlar siyasi qərarlardan, hər iki ölkənin strateji prioritetlərindən və imzalanan müvafiq sazişlərin yerinə yetirilməsi səviyyəsindən asılı olacaq. Bu baxımdan kosmos sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması təsdiqləyir ki, yaxın illərdə biz iki ölkə arasında dialoqun artacağını və bu sahədə konkret birgə layihələrin ortaya çıxacağını müşahidə edəcəyik. 

Səbuhi MƏMMƏDOV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see398

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see315

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see266

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see244

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see240

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see237

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see236

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see231

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see228

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see224

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see223

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see212

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see209

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see206

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see197

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see181

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see181

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see176

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri