Çindən polad istehsalının məhdudlaşdırılmasına çağırış
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çindən polad istehsalının məhdudlaşdırılmasına çağırış.
Banco.az xəbər verir ki, Çin Dəmir və Polad Assosiasiyası (CISA) “WeChat” hesabında yayımlanan açıqlamasında polad istehsalçılarını istehsala nəzarəti ciddi şəkildə həyata keçirməyə, istehsalın məhdudlaşdırılması və ehtiyatların azaldılması istiqamətində daha çox özünənəzarət göstərməyə çağırıb.
Aralarında “China Baowu Steel Group” və “Shougang Group”un da olduğu ölkənin aparıcı 44 polad istehsalçısının birgə etdiyi bu çağırış illik təxminən 1 milyard ton istehsal gücünə malik polad sənayesinin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş son təşəbbüsdür.
Çinin polad sənayesi uzun müddətdir davam edən daşınmaz əmlak sektorundakı durğunluq və infrastruktur investisiyalarının zəifləməsi səbəbindən daxili tələbin azalması ilə əlaqədar xroniki istehsal gücü artıqlığı problemi ilə üzləşir. Pekin polad istehsalçılarına dağıdıcı qiymət rəqabətinə son qoymaları üçün dəfələrlə təzyiq göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:90
Bu xəbər 15 Sentyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















