Icma.az
close
up
RU
Çindən xəbərdarlıq: ABŞ 2003 cü ildə İraqdakı səhvi İranda təkrarlayır

Çindən xəbərdarlıq: ABŞ 2003 cü ildə İraqdakı səhvi İranda təkrarlayır

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

ABŞ-nin İranda yerləşən üç nüvə obyektinə hücum etməsindən sonra Çin dövlət mediası xəbərdarlıq edib ki, Vaşinqton 2003-cü ildə İraqı işğal etməklə etdiyi tarixi səhvi bu dəfə İranda təkrarlayır.

İsrail-İran müharibəsinin 10-cu günündə qorxulan baş verdi: ABŞ, Fordo, Natanz və İsfahan nüvə obyektlərini 30 "Tomahawk" raketi ilə vurdu.

"ABŞ müharibəni bitirmək üçün müharibəyə başladı"

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) hücumlardan sonra yayımladığı məqalədə yazıb ki, ABŞ guya İsrail ilə İran arasındakı müharibəyə son qoymaq üçün birbaşa hərbi müdaxiləyə əl atıb. Bu isə onsuz da gərgin vəziyyətdə olan Yaxın Şərqdə təhlükəli bir dönüş nöqtəsidir.

Bölgə müharibəyə sürüklənə bilər
Məqalədə vurğulanır ki, Yaxın Şərq mürəkkəb bir mozaikadır - ittifaqlar, düşmənçiliklər və vasitəçilərlə aparılan münaqişələrlə doludur. ABŞ-ın İrana, onun nüvə infrastrukturu və hərbi obyektlərinə hücumu təkcə İrandan deyil, həm də onun regional müttəfiqləri və vasitəçi qüvvələrindən ciddi cavab reaksiyaları doğura bilər və bu da böyükmiqyaslı regional müharibə riskini artırır.

Məqalədə, İran və Rusiya kimi bölgədə təsir gücünə malik ölkələrin bu hücumlara necə cavab verəcəyinin hələ də naməlum olduğu vurğulanır.

"Tramp administrasiyası eyni səhvləri yenidənmi edəcək?"
Məqalədə bildirilir:

"Tarix dəfələrlə sübut edib ki, Yaxın Şərqdəki hərbi müdaxilələr gözlənilməz nəticələrə - uzanan müharibələrə və bölgənin qeyri-sabitliyinə səbəb olur. ABŞ, 2003-cü ildə səthi və təhrif olunmuş kəşfiyyat məlumatlarına əsaslanaraq İraqı işğal etdi. Nəticədə Vaşinqtonun müdaxiləsi fəlakətlə nəticələndi, bölgə üsyanlara və məzhəb qarşıdurmalarına sürükləndi."

"İşğaldan sonra İraq hələ də sabit idarəetməyə malik deyil, ölkədə milis qüvvələrinin artması, ABŞ-nin həll edə bilmədiyi struktur və təhlükəsizlik böhranları davam edir. İndi isə sual olunur: Tramp administrasiyası eyni səhvləri bu dəfə İraqdan üç dəfə böyük olan İranda yenidənmi edəcək?"

Məqalə, hərbi qarşıdurma əvəzinə dialoq və danışıqlar üçün hələ də fürsət olduğunu, və bunun həm Yaxın Şərqdə, həm də dünyada sabitliyin yeganə ümidi olduğunu vurğulayır.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see360

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see346

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see344

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see342

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see330

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see329

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see319

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see317

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see314

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see314

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see312

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see309

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see301

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see299

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see297

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see296

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see290

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see279

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see275

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri