Icma.az
close
up
RU
Çindən xəbərdarlıq: ABŞ 2003 cü ildə İraqdakı səhvi İranda təkrarlayır KONKRET

Çindən xəbərdarlıq: ABŞ 2003 cü ildə İraqdakı səhvi İranda təkrarlayır KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin İranda yerləşən üç nüvə obyektinə hücum etməsindən sonra Çin dövlət mediası xəbərdarlıq edib ki, Vaşinqton 2003-cü ildə İraqı işğal etməklə etdiyi tarixi səhvi bu dəfə İranda təkrarlayır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İsrail-İran müharibəsinin 10-cu günündə qorxulan baş verdi: ABŞ, Fordo, Natanz və İsfahan nüvə obyektlərini 30 “Tomahawk” raketi ilə vurdu.

“ABŞ müharibəni bitirmək üçün müharibəyə başladı”

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) hücumlardan sonra yayımladığı məqalədə yazıb ki, ABŞ guya İsrail ilə İran arasındakı müharibəyə son qoymaq üçün birbaşa hərbi müdaxiləyə əl atıb. Bu isə onsuz da gərgin vəziyyətdə olan Yaxın Şərqdə təhlükəli bir dönüş nöqtəsidir.

Bölgə müharibəyə sürüklənə bilər
Məqalədə vurğulanır ki, Yaxın Şərq mürəkkəb bir mozaikadır – ittifaqlar, düşmənçiliklər və vasitəçilərlə aparılan münaqişələrlə doludur. ABŞ-ın İrana, onun nüvə infrastrukturu və hərbi obyektlərinə hücumu təkcə İrandan deyil, həm də onun regional müttəfiqləri və vasitəçi qüvvələrindən ciddi cavab reaksiyaları doğura bilər və bu da böyükmiqyaslı regional müharibə riskini artırır.

Məqalədə, İran və Rusiya kimi bölgədə təsir gücünə malik ölkələrin bu hücumlara necə cavab verəcəyinin hələ də naməlum olduğu vurğulanır.

“Tramp administrasiyası eyni səhvləri yenidənmi edəcək?”
Məqalədə bildirilir:

“Tarix dəfələrlə sübut edib ki, Yaxın Şərqdəki hərbi müdaxilələr gözlənilməz nəticələrə – uzanan müharibələrə və bölgənin qeyri-sabitliyinə səbəb olur. ABŞ, 2003-cü ildə səthi və təhrif olunmuş kəşfiyyat məlumatlarına əsaslanaraq İraqı işğal etdi. Nəticədə Vaşinqtonun müdaxiləsi fəlakətlə nəticələndi, bölgə üsyanlara və məzhəb qarşıdurmalarına sürükləndi.”

“İşğaldan sonra İraq hələ də sabit idarəetməyə malik deyil, ölkədə milis qüvvələrinin artması, ABŞ-nin həll edə bilmədiyi struktur və təhlükəsizlik böhranları davam edir. İndi isə sual olunur: Tramp administrasiyası eyni səhvləri bu dəfə İraqdan üç dəfə böyük olan İranda yenidənmi edəcək?”

Məqalə, hərbi qarşıdurma əvəzinə dialoq və danışıqlar üçün hələ də fürsət olduğunu, və bunun həm Yaxın Şərqdə, həm də dünyada sabitliyin yeganə ümidi olduğunu vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyun 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri