“CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub VİDEO FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin "Bugün Güzel" filminin gala-gecəsi baş tutub.
Tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib.
Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər. Onlar qırmızı xalça üzərində tamaşaçılarla ünsiyyət qurub, jurnalistlərin suallarını cavablandırıb, filmin çəkiliş prosesi və Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.
Ekran əsərin rejissoru Mali Ergindir.
"Bugün Güzel" - həyatın acı və şirin həqiqətlərinin sevgi, dostluq və sevinc sayəsində necə aşılacağını göstərən bir hekayədir.
Bu film Əli Candemirin beyin şişi diaqnozu alandan sonra həyatın dəyərini yenidən kəşf etməsini göstərir. Uşaqlıq dostları və tibb bacısı Günəşin dəstəyi ilə o,
yenidən ümidini bərpa edir və əmin olur ki, həyat onu yaxınlarla paylaşanda
həqiqətən də məna dolu olur.
Tədbirin təşkilində Cinema Distribution, "MADO restoranı, foto və video çəkiliş - "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 10 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















