Çingiz Abdullayev Ramiz Mehdiyevlə bağlı kitab yazacaq
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan ədəbiyyatında müasir detektiv janrının ən tanınmış simalarından olan Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığında müxtəlif tarixi, siyasi və diplomatik dövrlərə aid konfidensial məlumatlara söykənərək əsərlər qələmə alır. O, çox vaxt ictimaiyyətə bəlli olmayan, lakin öz dövrünün siyasi mənzərəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən gizli faktlar üzərində süjetlər qurur.
Elə buna görə də bir çox oxucular Ramiz Mehdiyev məsələsinin də pərdəarxasını Çingiz Abdullayevin özünəməxsus üslubunda işıqlandıracağını gözləyirlər.
Modern.az məsələ ilə bağlı Çingiz Abdullayevin özü ilə əlaqə saxlayıb.
O, baş verən hadisələri izlədiyini vurğulayıb.
"Bu haqda kitab yazıb-yazmamaq haqqında fikirləşməmişəm. Amma yaza bilərəm. Niyə də olmasın?" - deyə Xalq yazıçısı açıqlamasında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















