Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri Ədəbiyyat Muzeyinin qonağı olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri, uşaq yazarı Əhməd Təbəəci Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova Əhməd Təbəəciyə ekspozisiya barədə ətraflı məlumat verib.
Yazıçı Şamaxıdakı Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Xanəgahı kompleksi və Qarabağ xanı Pənahəli xanın köynəyi üzərindəki yazıların ərəb İslam mədəniyyətini ehtiva etdiyini, eyni zamanda, tarixin silinməz parçası olduğunu söyləyib.
Əhməd Təbəəci Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərə göstərdiyi qayğını, diqqəti, həmçinin ədiblərin adına verilən küçə və metroları, ucaldılan heykəlləri yüksək dəyərləndirib. O, Şərq operasının təməlinin ilk dəfə Azərbaycanda qoyulduğunu da bu səfərində öyrəndiyini qeyd edib. Əhməd Təbəəci Azərbaycan xalqının keçmişini və bu gününü təbliğ edən Ədəbiyyat Muzeyini ziyarət etməkdən məmnunluğunu bildirib.
Sonda qonağa xatirə olaraq “Məhsəti Gəncəvi. Portret-oçerk” kitabı (ərəb dilində) təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















