Icma.az
close
up
RU
Çinin Anhui Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Çinin Anhui Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çinin Hefei şəhərinə səfəri çərçivəsində Anhui Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə, həmçinin Anhui Universitetinin Beynəlxalq Təhsil Məktəbinin rəhbərliyi, o cümlədən dekanı Hu Jian da iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tələbələrin beynəlxalq təhsil təcrübələri, elmi, təhsil və sosial fəaliyyəti, həmçinin gələcək karyera perspektivləri müzakirə olunub.

Hazırda bir qrup BDU tələbəsi Anhui Universitetində ikili diplom çərçivəsində təhsil alır. Bu proqram BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə imzalanmış üçtərəfli müqavilə əsasında reallaşdırılır. Proqramın məqsədi Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, universitetlər arasında əməkdaşlığı gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı sahəsindəki üstünlüklərindən tam şəkildə yararlanmaqdır.

Proqram çərçivəsində Çin dili ixtisası üzrə təhsil alan tələbələr birinci və ikinci kursu BDU-da tamamlayır, üçüncü və dördüncü kursda isə Anhui Universitetində təhsil alırlar. Həmçinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr beynəlxalq təhsil və mədəni mübadilə imkanlarından yararlanaraq, akademik biliklərini və praktik bacarıqlarını artırırlar.

Görüşdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çərçivəsində Çində təhsil təcrübələrini zənginləşdirmək məqsədilə müxtəlif təqaüd proqramlarına cəlb olunmuş tələbə və dinləyicilər də iştirak ediblər.

Rektor Elçin Babayev tələbələrin bu uğurlarını yüksək qiymətləndirərək, onların akademik və şəxsi karyera inkişaflarının BDU-nun strateji məqsədlərinə xidmət etdiyini qeyd edib. Anhui Universitetinin Beynəlxalq Təhsil Məktəbinin dekanı Hu Jian isə bildirib ki, tələbələrin akademik və şəxsi inkişafı yüksək səviyyədə dəstəklənir.

Tələbələr görüş zamanı təhsil proqramlarının onlara verdiyi imkanları, yeni mədəniyyətləri tanımaq və akademik biliklərini genişləndirmək təcrübələrini paylaşıblar. Onlar BDU-ya və Anhui Universitetinə göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildirib və beynəlxalq təhsil təcrübələrinin şəxsi və peşəkar inkişaflarında böyük rol oynadığını vurğulayıblar.

-1 / 2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri