Icma.az
close
up
RU
Çinin enerji nəhəngləri Rusiya neftindən imtina edir? Bu, idxal edilən neftin 45 faizidir...

Çinin enerji nəhəngləri Rusiya neftindən imtina edir? Bu, idxal edilən neftin 45 faizidir...

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin “Rosneft”, “Lukoil” və bu şirkətlərin törəmə müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Çin neft emalı şirkətləri Rusiya neftinin alınmasını dayandırıblar. 

“AzPolitika” bildirir ki, bu barədə “Bloomberg” agentliyi treyderlərə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sanksiyalar Rusiya neftinin premium markası sayılan ESPO-ya ciddi zərbə vurub, nəticədə bu markanın qiyməti sürətlə ucuzlaşıb.

Rusiya neftindən imtina edənlər arasında dövlət nəhəngləri “Sinopec” və “PetroChina Co.”, eləcə də kiçik özəl emal müəssisələri - Çində “çayniki” adlandırılan zavodların da olduğu iddia edilir. Özəl şirkətlər əsasən Böyük Britaniya və Avropa İttifaqının “Shandong Yulong Petrochemical Co.” şirkətini qara siyahıya salmasından sonra sanksiya risklərindən ehtiyatlanmağa başlayıblar.

“Rystad Energy” AS-in hesablamalarına əsasən, Çin şirkətlərinin alışları dayandırması və qiymət enişi təxminən gündə 400 min barel həcmində neftə, yəni Rusiyanın Çinə ixrac etdiyi neftin 45 faizinə qədər hissəsinə təsir edə bilər.

Bununla belə, “Bloomberg” qeyd edir ki, sanksiyaların bəzi hallarda əks effektləri də müşahidə olunur. Belə ki, əvvəllər məhdudiyyətlərə məruz qalan “Yulong” şirkəti digər mənbələrdən neft ala bilmədiyi üçün yenidən Rusiya neftinə üz tutub.

“Çayniklər”in vəziyyəti isə daha çətindir, sanksiya qorxusuna əlavə olaraq, onlar idxal kvotalarının azaldılması və vergi dəyişiklikləri səbəbindən çətinliklə üzləşiblər. “Bloomberg” yazır ki, bu səbəbdən onların Rusiya nefti alışı ilin sonunadək əhəmiyyətli dərəcədə azala bilər.

Eyni zamanda, Türkiyə də Rusiya neftinin idxalını azaldıb. ABŞ isə Asiyadakı tərəfdaşları ilə birlikdə Rusiya enerji resurslarının idxalını məhdudlaşdırmaq barədə danışıqlar aparır.

Moskva isə bu addımları “qanunsuz” adlandırır. Prezident Vladimir Putin bildirib ki, Rusiya “sanksiyalara qarşı müəyyən immunitet” qazanıb və iqtisadi sistem normal fəaliyyətini davam etdirir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri