Icma.az
close
up
RU
“Çinin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə malikdir” Səfir

“Çinin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə malikdir” Səfir

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çin Xalq Respublikası (ÇXR) özünün Milli Gününü böyük nailiyyətlərlə qeyd edir. Ötən 76 ildə Çin Kommunist Partiyasının rəhbərliyi altında ölkəmiz milli şəraitimizə uyğun inkişaf yolu taparaq həm sürətli iqtisadi inkişaf, həm də uzunmüddətli sosial sabitlik möcüzəsini yaradıb. Çin yoxsulluğa qarşı mübarizədə qalib gəlib, 800 milyon insanı yoxsulluqdan xilas edib və hərtərəfli orta rifah cəmiyyəti qurub”.

525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbulda deyib.

Səfir bildirib ki, çinlilərin daha yaxşı həyat arzusu reallığa çevrilir: “Bizim hərtərəfli milli gücümüz, beynəlxalq statusumuz yüksəlməkdə davam edib. Çinin əldə etdiyi nailiyyətlər təkcə bizim ölkəmizi və xalqımızı gücləndirməyib, həm də bütün dünyaya fayda verib. Çinin iqtisadi inkişafı dünyaya da imkanlar gətirir. Ötən illər ərzində Çin iqtisadiyyatı dünya iqtisadiyyatının mühüm mühərriki olaraq qalıb və qlobal iqtisadi artımın təxminən 30 faizini təmin edib. Bu ilin birinci yarısında Çinin ÜDM-i 5,3 faiz artıb və əsas iqtisadi göstəricilər yaxşılaşmaqda davam edir. Biz əminik ki, nisbətən sürətli iqtisadi artımı qoruyub saxlamaq iqtidarındayıq. Çin daxili bazarı genişləndirməyə və təkmilləşdirməyə davam edəcək, həmçinin qlobal iqtisadiyyat üçün daha çox imkanlar yaradacaq . Eyni zamanda, Çinin elm və texnologiya innovasiyasındakı davamlı irəliləyişləri qlobal iqtisadiyyat üçün çox ehtiyac duyulan yeni hərəkətverici qüvvəni təmin edəcək. Ən əsası, Çinin texnoloji yeniliyi inklüziv və açıq mənbəlidir. Çin, həmçinin dünya miqyasında inkişaf üçün davamlı beynəlxalq əməkdaşlığa mühüm töhfələr verən “Kəmər və Yol” təşəbbüsü və Qlobal İnkişaf Təşəbbüsünü təklif edib. Çin qlobal sülh və sabitlik üçün güclü qüvvədir. Bu gün ölkəmiz ciddi şəkildə dinc inkişaf yolu ilə gedir. Sədr Si Cinpinin dediyi kimi, Çin həmişə dünyada sülh, sabitlik və tərəqqi üçün güc olacaq”.

Səfir Azərbaycan-Çin münasibətlərinə də toxunub. Onun sözlərinə görə, bu il ikitərəfli əlaqələr üçün həqiqətən məhsuldar olub: “Prezident İlham Əliyev bu il iki dəfə Çinə səfər edib və dövlət başçıları hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalayıb, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün bir çox mühüm razılaşmalar əldə ediblər.  Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi sayəsində ikitərəfli münasibətlərimiz yeni zirvələrə yüksəlir. Liderlərimiz yalnız səmərəli işgüzar münasibətlər deyil, həm də səmimi şəxsi dostluq qurublar. Bu, ölkələrimiz arasında etimad, bərabərlik və dostluğun bariz nümunəsidir”.

Lu Mey əlavə edib ki, iki ölkə suverenlik, müstəqillik və ərazi bütövlüyü məsələlərində daim bir-birini dəstəkləyir, bir-birimizin seçdiyi inkişaf yollarına hörmətlə yanaşır: “Eyni zamanda, BMT, ŞƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. İqtisadi-ticarət əlaqələri rekord həddə çatıb, Çindən Avropaya yük daşıyan dəmir yolu ekspresi ilə tranzit daşımaların həcmi isə ikiqat artmaq üzrədir. İnsanlararası mübadilə də intensivləşir, viza rejiminin sadələşdirilməsi nəticəsində qarşılıqlı səfərlər çoxalıb, azərbaycanlı gənclər arasında Çin dili və mədəniyyətinə maraq daha da güclənib. Gələcəyə baxsaq, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının parlaq və perspektivli gələcəyi var. Çin ölkələrimizə və xalqlarımıza daha çox fayda gətirməklə iki dövlət başçısının əldə etdiyi mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi üçün Azərbaycanla işləməyə hazırdır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri