Səfir: “Azərbaycanın Ukraynaya dəstəyi xüsusi dəyərə malikdir“
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir, humanitar və enerji yardımı göstərir".
Moderator.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukrayna Müstəqillik Günü münasibətilə müəllif yazısında bildirib.
O qeyd edib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər xalqların uzun illərə söykənən dostluğu və qarşılıqlı dəstəyinə əsaslanır.
Səfirin sözlərinə görə, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları şəraitində Azərbaycanın yardımı həmrəyliyin və qardaşlıq dəstəyinin mühüm təzahürünə çevrilib:
“Qəbələdə keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenski 11 enerji yardımı paketinə görə Azərbaycana ayrıca təşəkkür edib”.
O vurğulayıb ki, Azərbaycan Rusiyanın genişmiqyaslı təcavüzündən zərər çəkmiş ukraynalı uşaqları qəbul edir:
“2024-cü ilin fevralından Azərbaycanda həlak olmuş və itkin düşmüş qəhrəmanların, eləcə də xilasedicilərin 660-dan çox övladı, həmçinin Ukraynanın cəbhəyanı bölgələrindən olan uşaqlar qayğı, reabilitasiya və istirahətlə təmin olunub:
Səfir əlavə edib ki, Azərbaycan işğaldan azad edilmiş qəhrəman şəhər İrpenin bərpasına böyük töhfə verib və bu dəstəyi genişləndirməkdə davam edir:
“Bu gün Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən, humanitar və enerji yardımı göstərməyə davam edən Azərbaycanın mövqeyinə hörmət və minnətdarlıqla yanaşırıq”.
O qeyd edib ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının bundan sonra da möhkəmlənməsi, ədalətli sülh, regionda və dünyada təhlükəsizlik, eləcə də xalqların davamlı inkişafı və rifahı naminə əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















