Icma.az
close
up
RU
Çinin “XPeng avtomobilini alan müştərinin başına görün nələr gəldi: Peşmanam ŞİRKƏTDƏN AÇIQLAMA

Çinin “XPeng avtomobilini alan müştərinin başına görün nələr gəldi: Peşmanam ŞİRKƏTDƏN AÇIQLAMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sürücü Tural Məmmədzadə bir neçə ay əvvəl aldığı “XPeng G9” avtomobilindən şikayətçidir. Avtosfer.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. Bildirib ki, avtomobili sürətlənməsini çox bəyəndiyi üçün alıb. “0-100 km-i 3.9 saniyəyə yığır və davamlı olaraq da həmişə statuslarımda bu maşının necə gözəl olduğunu tam təmənnasız olaraq paylaşırdım. Lakin hazırda ciddi problemlər yaşayram.”

Müştəri idda edir ki, avtomobili alanda ona Apple carplay Android auto və e-sim tətbiqlərinin tezliklə aktiv olacağı və maşının bütün ehtiyyat hissələrinin anbarda olduğu bildirilib. Həmçinin hər hansı problem olarsa donor avtomobildən ehtiyyat hissəsinin çıxarılıb maşına taxılacağı deyilib.

Sürücü bildirir ki, avtomobili 7200 kilometr idarə edib və bir sıra problemlərlə qarşılaşıb. “Söz verilən kimi, Carplay və e-sim artıq hələ aktiv deyil. Avtomobilim bir ay əvvəl "Performance limited" erroru verməyə başladı. Performansında, sürətində çətinliklər yaşadım. Servisdə 10 gün ərzində qüsurun nədən qaynaqlandığını axtarıb tapmağa çalışdılar. Bu müddət ərzində ikinci maşınımı sürməli oldum və hər gün 98 markalı benzin istifadə etdim. On günün sonunda maşının iverterində zavod problemi olduğunu və zəmanətdən qarşılanacağını dedilər. Lakin bildirdilər ki, bu ehtiyyat hissəsi yoxdur və Çindən sifarişlə gələcək. Artıq 30 günə yaxın vaxt keçir”.

Sürücü deyir ki, bu vaxt ərzində nə ona ehtiyyat hissəsinin gələcəyinin dəqiq vaxtı deyilməyib, nə donor maşından istifadə edilməyib. “Hazırda maşının performansında sürətlənməsində çox pis düşüş var və demək olar ki, bir aydan çoxdur diskomfort yaşayıram. “Xpeng” rəhbərliyi ilə danışdıq, hələ ki, heç bir yenilik yoxdur”.

“Xpeng” şirkəti sürücünün iddalarına cavab verib. Bildirilib ki, məsələ ilə bağlı müzakirələr aparılıb. “Sürücü və digər əməkdaşlarla dəfələrlə saatlarla ətraflı müzakirə olunmasına baxmayaraq, eyni məsələləri bu formada yenidən təqdim edilməsi bizi təəccübləndirir. Buna baxmayaraq, bir daha yazılı şəkildə məsələyə aydınlıq gətirmək istəyirik. “Xpeng” şirkəti artıq bir ildir ki, Azərbaycanda fəaliyyət göstərir və heç bir müştəri ehtiyat hissəsinə görə iki gündən artıq gözləməyib. Bu, vəd etdiyimiz kimi ehtiyat hissələrinin tam şəkildə stoklaşdırılması ilə təmin olunub. Avtomobilinizdə yaranan problemin “Xpeng” təcrübəsində rast gəlinməməsi səbəbindən sözügedən ehtiyat hissəsi  əvvəlcədən alınmasa da, daha prioritetdə və tez-tez tələb olunan sifarişlər olunub”.

Şirkətin açıqlamasında bildirilib ki, avtomobil bazarında zəmanət daxilində dəyişdirilən ehtiyat hissələri donor avtomobillərdən istifadə edilə bilməz. “Bu məsələdə subyektiv fikirdən çox rəsmi məlumatlara əsaslanmağınız daha doğru olar. O ki, qaldı avtomobilə aid ehtiyat hissələrinin çatdırılmasına qeyd edək ki, ehtiyat hissələrinin təhlükəsiz yük olaraq qeydiyyatdan keçirilməsi müəyyən vaxt tələb edir. Müştəriyə də bildirdiyimiz kimi hava yolları ilə bu ehtiyat hissələrinin gətirilməsi təmin ediləcək. Hazırda qablaşdırma prosesi davam edir. Dəqiq tarix yalnız qablaşdırma başa çatdıqdan sonra təyin edilə bilər”.

Şirkət müştərinin qaldırdığı e-sim məsələsinə də toxunub. Bildirilib ki, bu istiqamətdə yerli operatorlarla işləməyə çalışsalar da, ölkəmizdə mövcud bəzi məhdudiyyətlər səbəbindən global bazardan həlli gözlənilir. “23 dekabr tarixində ölkəmiz üçün yenilənmə təmin ediləcək. Bu yenilənmə ilə növbəti 2-3 ay ərzində rouminq interneti vasitəsilə e-sim funksiyası aktiv olacaq. Rouminq xərcləri şirkət tərəfindən qarşılanır. İstehsalçının həmin vaxta qədər layihəni tamamlayaraq yerli operatorlarla əməkdaşlıq yaratması gözlənilir. Problem “Xpeng” şirkətindən və ya distribütordan qaynaqlanmır”.

Şirkət CarPlay və Android Auto məsələsinə də münasibət bildirib. Qeyd olunub ki, bu sistemlərin inteqrasiyası üzərində işlər davam edir. “Lakin rəsmi olaraq qeyd olunan tətbiqlər avtomobilə yüklənib. Müştərilərdən gələn sorğuların böyük əksəriyyəti məhz bu tətbiqlərin əlçatan olması ilə bağlı idi. Nəticədə CarPlay və Android Auto sistemlərinin olmaması qismən də olsa həll olunub”.

Bloger Fərid Pərdəşünas məsələ ilə bağlı bildirib ki, çin avtomobil brendlərinin satış menecerləri ilə servis əməkdaşları təmamilə fərqli fikirlər söyləyir. “Xpeng pis maşın deyil. Ümumiyyətlə çin avtomobili almaq bet etmək kimi bir şeydir”.

Bloger deyib ki, çin avtomobil brendlərinin xroniki problemləri zaman-zaman yaşanır. “Bu səbəbdən elektrikli olaraq sınaqdan keçmiş Tesla-ya keçdim. Ümid edirəm müştərinin məsələsi tez bir zamanda həll olar. Qeyd olunan şirkət məsuliyyətlidir və düşünürəm problmin həllində kömək olacaq”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Könül Raufqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri