Icma.az
close
up
RU
Çinli uşaqlar: gələcəyin robot əsgərləri

Çinli uşaqlar: gələcəyin robot əsgərləri

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə Çindən gələn videolarda qəribə və bir qədər də qeyri-insani görüntülərə rast gəlirik. Yüzlərlə, bəzən minlərlə azyaşlı uşaq eyni ritmlə gimnastika hərəkətləri edir. Onlar öz bədənini sümüksüz kimi, inanılmaz formalarda bükür, əyir, döndərirlər. Bu hərəkətlərdə o qədər çeviklik və intizam var ki, adamda şübhə yaranır, olmaya, bunlar gələcəyə proqramlaşdırılmış bio-varlıqlardı?

Həmin mənzərələri təkcə idman uğuru ilə izah etmək doğru deyil. Düzdür, Çin həmişə Olimpiadalarda yüksək nəticələr göstərir, lakin, mənə elə gəlir, məqsəd daha dərində gizlənib. Çinli uşaqların bu cür sistemli, bəzən sərt və emosiyasız şəkildə tərbiyə olunması daha böyük planlardan xəbər verir. 

Görünən odur ki, bu gimnastika sadəcə bir idman növü yox, dövlət səviyyəsində aparılan sosial proqramın mühüm tərkib hissəsidi. Burada məqsəd uşaqları təkcə idmançı etmək yox, həm də onların bədənini və zehnini dözümlü, itaətkar bir formaya salmaqdır. Yəni, o uşaqlara elastiklik, çevikliklə yanaşı, intizam və tam tabeçilik də öyrədilir.

Bildiyimə görə bu uşaqların məşqləri səhərdən axşamacan davam edir. Onlarda ağrı, yorğunluq, hiss və duyğular önəmsiz sayılır. Bu bir fiziki tərbiyə, eyni zamanda, psixoloji proqramlaşdırmadı. Həmin uşaqlar fərdi şəxsiyət deyil, kollektivin bir parçası olduğunu anlayırlar. Beləliklə onlar tədricən özünün fərdi düşüncələrindən uzaqlaşaraq  tapşırıq yerinə yetirən varlığa çevrilirlər.

Bəzi mütəxəssislər bu tendensiyanı "post-insan" erasına keçid kimi qiymətləndirir. Yəni bəşəriyyət artıq öz təkamülünü yalnız bioloji yox, sosial və texnoloji yollarla idarə etməyə başlayıb. Çinli uşaqların "sümüksüz" elastikliyi, robotvari sinxronluğu və mükəmməl itaəti bu yeni insan modelinin ilkin nümunəsi ola bilər.

Keçmişin qəhrəmanları dözümlü və ağıllı döyüşçülər idisə, gələcəyin qəhrəmanları həm fiziki olaraq elastik, həm də zehni olaraq proqramlaşdırılmış fərdlər olacaq. Onlar həm idman arenasında, həm də texnoloji döyüş meydanlarında "fövqəl əsgər” rolunu oynayacaqlar.

Çox ehtimal, bu uşaqların yetişdirilməsində əsas hədəflərdən biri də gələcəyin fövqəl əsgərini formalaşdırmaqdı. Gələcək müharibələr təkcə silah, texnologiya ilə deyil, həm də insanın fiziki və zehni üstünlüyü ilə aparılacaq. Yüksək refleksli, az ağrı hiss edən, sərhədsiz dözümlü, əmrə tam tabe olan bir insan! 

Yaranan bu yeni varlıq təkcə əsgər deyil, həm də döyüş meydanında texnikanı belə, kölgədə qoyan canlı silah olacaq!

Düşünürəm ki, həmin çinli uşaqlar fiziki və psixoloji baxımdan bu cür canlı silahın ilkin modeli kimi formalaşdırılır. Gələcəkdə süni intellektlə inteqrasiya olunmuş əsgərlər reallığa çevrilərsə həmin çinli uşaqlar bunun üçün hazır "material" rolunu oynayacaqlar. 

Nə qədər heyranlıqla yanaşsaq da, bu təlim sisteminin narahatedici məqamları da çoxdur. Bu uşaqlar bir tərəfdən fövqəladə fiziki imkanlar qazansalar da, digər tərəfdən azad iradə və fərdi mənlikdən uzaqlaşdırılırlar. 

Bütün bu proseslər fonunda belə bir qlobal sual doğulur:  "Biz hansı insan modelinə üstünlük verməliyik, azad, yaradıcı, düşünən fərd, yoxsa çevik, dözümlü, əmrə tabe olan effektiv varlıq?” 

Murad Köhnəqala 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri