Icma.az
close
up
RU
Cinsi yolla keçən infeksiyaların QORXUNC STATİSTİKASI. İlk simptomlar

Cinsi yolla keçən infeksiyaların QORXUNC STATİSTİKASI. İlk simptomlar

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hər gün (!) dünyada 1 milyon insan cinsi yolla keçən infeksiyalardan (CYKİ) birinə yoluxur.

Hər il 360 milyona yaxın insan xlamidioz, süzənək, sifilis, trixomoniaz kimi infeksiyalardan birinə yoluxur. Hal hazırda (2015-ci ilin məlumatı) dünyada 530 milyondan çox insan genital herpesə səbəb olan virisun, 290 milyon qadın insan papilloması virusunun daşıyıcısıdır.

Cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan artıq bakteriya, virus və parazit keçir. Bu patogenlərin arasında olan 8 infeksiya ən təhlükəlidir və bir çox xəstəliklərin və pozulmaların səbəbi olur. Hal hazırda bu infeksiyalardan 4-ü (süzənək, sifilis, xlamidioz və trixomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanizmə olan təsiri azaltmaq mümkündür.

Bütün sadaladığımız infeksiyalar əsasən cinsi əlaqə zamanı keçir. Həmçinin bu infeksiyalar hamiləlik və doğuş zamanı anadan körpəyə keçə bilər.

Cinsi yolla keçən infeksiyalar insan sağlamlığına ciddi ziyan vurur:

- süzənək və xlamidioz kiçik çanaq orqanlarının iltihabların, hamiləliyin pozulmasının, sonsuzluğun əsas səbəblərindən biridir.

- insan papilloması virusu hər il 530 min uşaqlıq boynu xərçənginin inkişafının və 275 uşaqlıq boynu xərçəngindən ölümün səbəbi olur.

- cinsi yolla keçən infeksiyaların anadan körpəyə ötürülməsi ölü, çəkisi az olan, müxtəlif anadangəlmə qüsurları olan uşaqların doğulmasına, hamiləliyin sona qədər çatdırılmamasına səbəb olur.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissi;

- tez-tez və ağrılı sidik ifrazı;

- cinsi orqanlardan qeyri-adi görünüşlü (sarı, yaşıl, qanlı, köpüklü) və qoxulu ifrazatlar;

- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;

- bədəndə səpgilərin əmələ gəlməsi;

- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;

- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;

- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrılar; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda ağrılar, menstruasiyalar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatların olması.

Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini müşahidə edərsə o, dərhal ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir.

Lakin onu da nəzərə almaq lazımdır ki, bir çox hallarda cinsi yolla keçən infeksiyalar  özünü heç bir simptomla büruzə vermir! Bu səbəbdən ailə qurmaq istəyən hər bir şəxs  (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinədən keçməli və lazım gəldikdə müalicə almalıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 06:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri