Çirkli idman ayaqqabıları 2027 ci ilin dəbi olacaq
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vogue” jurnalının moda redaktorları 2027-ci ilin yaz-yay mövsümündə qəsdən köhnəldilmiş və çirkli görünüşlü idman ayaqqabılarının populyarlıq qazanacağını proqnozlaşdırıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nəşrin saytında dərc olunan məqalədə bildirilib.
Moda mütəxəssislərinin fikrincə, ayaqqabılardakı cızıqlar və aşınma izləri artıq qüsur hesab edilmir. Əksinə, bu xüsusiyyətlər dəb tendensiyasına çevrilir və lüks brendlər tərəfindən də fəal şəkildə tətbiq olunur.
Belə ki, “Celine” və “Reebok” markaları tünd cızıqlar və süni toz effekti ilə hazırlanmış ağ rəngli retro idman ayaqqabıları təqdim ediblər. Modellər həm kişi, həm də qadın kolleksiyalarında nümayiş olunub.
Amerikanın “Coach” brendi də bu tendensiyaya qoşularaq patina effekti və tünd rəngli detallarla bəzədilmiş klassik ağ idman ayaqqabıları təqdim edib.
“Vogue” jurnalının müəllifləri bu dəbi sınamaq istəyənlərə “Golden Goose Super-Star” və “Autry” markalarının köhnəlmiş görünüşlü modellərinə nəzər salmağı tövsiyə ediblər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















