“Citomed” borcunu ödəyə bilmir? Son 5 ayda 3 dəfəyə yaxın artıb
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “Citomed”in bağlı olduğu “Citomed” MMC-nin (VÖEN – 4401388761) dövlət büdcəsinə vergi borcu son 5 ayda 3 dəfəyə yaxın artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Citomed” MMC-nin 8 aprel 2026-cı il tarixinə olan vergi borcu 12 min 286 manat 81 qəpik olduğu halda, bu günə (2 sentyabr 2026) olan məlumata görə, bu göstərici artıq 32 min 177 manat 96 qəpiyə çatıb.
Məlumat üçün bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan “Citomed” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Quliyeva Elnarə Nəbi qızıdır.
MMC qeydiyyata alınan zaman hüquqi ünvanı Qəbələ rayonunun Tüntül kəndində yerləşib və ilk qanuni təmsiçisi də Xitilov Babək Mehman oğlu olub. Hal-hazırda MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, m. 55-də yerləşir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Rabitəbank ASC vergi borcunu ödəyə bilmir?
22 Noyabr 2024 13:15
Məşhur zavod borcunu ödəyə bilmir KONKRET
25 Noyabr 2025 09:59
“AZCARS LOGİSTİCS” vergiyə olan borcunu ödəyə bilmir
12 Mart 2025 11:53
Ağstafa İcra Hakimiyyəti 6280 manat borcunu ödəyə bilmir
22 Noyabr 2025 11:50
“RR şirkətlər qrupu” 207 min manatlıq borcunu ödəyə bilmir?
22 Sentyabr 2026 15:44
Baxış sayı:121
Bu xəbər 02 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















