çıxarışı olmayan ev tərəflər arasında necə bölünür? KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Boşanma hallarında əmlak bölgüsü tərəflər arasında ən həssas və mübahisəli məsələlərdən biri olaraq qalır. Xüsusilə, illərlə birgə yaşanan lakin rəsmi sənədlərlə rəsmiləşdirilməyən evlərin taleyi bir çox suallar doğurur və hüquqi qeyri-müəyyənlik yaradır. Bu cür hallarda tərəflərin hüquqları necə qorunur və mülkiyyət bölgüsü hansı prinsiplərə əsasən aparılır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, Ali Məhkəmənin Pleniumunun 12 mart 2024-cü il tarixli qərarına əsasən, ər-arvadın nikah dövründə əldə etdiyi evin çıxarışı olmadıqda belə müəyyən hüquqi mexanizmlər tətbiq edilir.
“Belə hallarda tərəflərdən biri həmin evdə yaşaya bilmirsə, o, tikilinin ümumi vəsait hesabına inşa olunmasına və ya faktiki əldə edilməsinə xərclənən vəsaitdəki payına uyğun kompensasiya tələb edə bilər. Yəni ev formal olaraq rəsmiləşdirilməsə də, onun yaradılmasına qoyulan ümumi maliyyə töhfəsi əsas götürülür”.
Fuad Məmmədov vurğulayıb ki, bu qayda yalnız sənədsiz evlərə deyil, eyni zamanda özbaşına tikililərə də şamil edilir.
“Belə ki, ər-arvad arasında həmin tikilinin bölünməsi və ya payların müəyyən edilməsi barədə məhkəmə qərarı çıxarılsa belə, bu tikilinin hüquqi baxımdan qanuni sayılması anlamına gəlmir. Beləliklə, rəsmi qeydiyyatı olmayan evlər də boşanma zamanı tamamilə “hüquqsuz” sayılmır və tərəflərin faktiki maliyyə iştirakı əsasında müəyyən hüquqlar formalaşır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından mühüm presedent hesab olunur”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 14 Aprel 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















