Avropa Komissiyası ABŞ nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyası ABŞ-nin Avropa İttifaqını (Aİ) struktur baxımından həddindən artıq istehsal güclərinə malik ölkələr sırasına aid etməsi ilə razılaşmır. Komissiya hesab edir ki, əslində Aİ özü bu problemdən daha çox əziyyət çəkir.
Bakıvaxtı.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının nümayəndəsi bildirib.
"Biz Avropanın struktur baxımından həddindən artıq istehsal güclərinin mənbəyi olması barədə fərziyyəni qətiyyətlə rədd edirik. Əksinə, Avropa bu problemdən ən çox əziyyət çəkən tərəflər sırasındadır", – o qeyd edib.
Onun sözlərinə görə, Aİ və ABŞ dövlət siyasətinin əhəmiyyətli təsiri ilə yaranan və üçüncü ölkələrdə cəmləşən qlobal həddindən artıq istehsal gücləri ilə bağlı narahatlığı bölüşürlər. Bununla belə, Avropa Komissiyası bu məsələdə birgə fəaliyyətin olmamasından təəssüfləndiyini bildirib.
Nümayəndə əlavə edib ki, Aİ ticarət sahəsində əvvəllər dərc olunmuş birgə bəyanatın icrası çərçivəsində Vaşinqtonla əməkdaşlığı davam etdirəcək, həmçinin yeni tarif istisnalarının tətbiqi və ya rüsumların azaldılması imkanlarını araşdıracaq.
O vurğulayıb ki, birgə bəyanata əsasən, Aİ-dən idxal olunan mallara tətbiq edilən ümumi rüsum dərəcəsi 15 %-i keçməməlidir. ABŞ-nin apardığı araşdırmanın nəticələrinə əsasən görüləcək istənilən tədbir də bu məhdudiyyətə tam uyğun olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















