Icma.az
close
up
RU
Çıxarışsız əmlaklar üçün başqa hansı sənədlər keçərli sayılır?

Çıxarışsız əmlaklar üçün başqa hansı sənədlər keçərli sayılır?

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Daşınmaz əmlak bazarında kifayət qədər evlər var ki, çıxarışı yoxdur. Bu da hüquqi cəhətdən bir çox problemlər yarada bilir. Vətəndaşın çıxarışı olarsa öz mənzilində qeydiyyata düşə, onu notarial qaydada, banka girov qoya bilər. Digər əmlaklarda - yeni tikili binalarda ilkin sənəd kimi şirkət tərəfindən vətəndaşa verilən sənəd, maliyyə arayışı və alqı-satqı müqaviləsidir ki, bu da həmin mənzilin vətəndaşa məxsus olduğunu sübut edir. Həmin sənədlərdə şirkətlə vətəndaş arasında bağlanan alqı-satqı müqaviləsi və sözügedən mənzilin tam dəyərinin öyrənilməsi ilə əlaqədar qurumdan vətəndaşa maliyyə arayışı verilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, bəlli zamandan sonra adı çəkilən yeni tikili binalardakı mənzillər də çıxarışla təmin edilir:

“O cümlədən fərdi yaşayış evlərinə nəzər salsaq bir zamanlar rayon icra hakimiyyətləri, bələdiyyələr, kolxoz və sovxozlar tərəfindən vətəndaşlara fərdi yaşayış evlərini tikmək üçün torpaq sahələri ayrılıb, həmin torpaq sahələri sərəncam və qərar üzərində olub, bu sərəncam və qərarlar üzərindən vətəndaşlar fərdi yaşayış evlərini inşa ediblər. Ancaq həmin sərəncam və qərarlara əsasən inşa olunmuş yaşayış evlərinin böyük əksəriyyətinə çıxarış verilmədiyi üçün sözügedən evlərdə yaşayanlar bu günə qədər bu fərdi yaşayış evlərində yaşayırlar. Həmin qərarların dəyişdirilməsi isə mümkünsüzdür, ancaq gələcəkdə onlar da çıxarışla təmin olunarsa onlar öz əmlaklarını istədikləri qaydada sata, digər şəxslərə bağışlaya bilərlər. Həmçinin, paytaxtın mərkəzi ərazilərində sovetlər dövründən qalan “jek” evlər adlanan ərazilərdə sənədlərin böyük bir hissəsi ev kitabçası adlanır ki, kitabçada mənzilin layihəsi çəkilir və qeydiyyatda olan şəxslərin adları yazılır. Təbii ki, bu da böyük hüquqverici sənəd olmasa da o mənzil istismar idarələri tərəfindən mənzillərin vətəndaşlara aid olduğunu sübut edən sənəddir”.

Zərintac  Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri